"Nyukasl"dan azarkeşlərinə Şəhidlər xiyabanı və orucluqla bağlı MÜRACİƏT
İngiltərənin "Nyukasl" klubu Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la oyun üçün Bakıya səfər edəcək azarkeşlərinə müraciət edib.
KONKRET.az xəbər verir ki, müraciətdə paytaxtımız barədə məlumat verilib.
Həmçinin azarkeşlərin diqqət etməli olduğu həssas məqamlar qeyd edilib. Xüsusən Ramazan ayı ilə əlaqədar mərasimlərə və Şəhidlər xiyabanına hörmətlə yanaşmağın vacib olduğu bildirilib:
"Azərbaycanda Ramazan ayı 17 fevral axşamı başlayacaq və oruc 18 fevral sübh vaxtından etibarən tutulacaq. Yerli əhali və mədəniyyətə hörmətlə yanaşmağınız vacibdir. Tarixi və memorial yerlərdə davranışınıza diqqət edin. Şəhidlər xiyabanı xüsusilə həssas məkandır və hörmətsiz davranış polis müdaxiləsinə səbəb ola bilər".
Xatırladaq ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Nyukasl" matçı fevralın 18-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə fevralın 24-ü Nyukasl şəhərində baş tutacaq.

Xidmetler [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA