"O, "Neftçi"yə keçəndə bilməliydi ki..." - "İmarət"dən Qara Qarayevlə bağlı PAYLAŞIM
Xəbər verdiyimiz kimi, "İmarət" azarkeş qrupu "Neftçi" – "Qarabağ" (0:4) matçından sonra meydan sahiblərinin futbolçusu Qara Qarayevi təhqir edib.
KONKRET.az xəbər verir ki, fanatlar sabiq oyunçuları haqqında əzəli rəqibinə keçdiyinə görə qeyri-etik ifadələr səsləndirib.
Buna görə fan klub tənqid hədəfinə tuş gəlib və hər kəs Qara Qarayevə dəstək olub. Maraqlısı budur ki, "İmarət" azarkeş qrupunun səhifəsində edilən paylaşımda futbolçunun təhqir edilməsinə haqq qazandırılıb:
"Qarayev, Qarayev, Qara Qarayev, "Qarabağ"ın igidi Qara Qarayev" – vaxtı var idi bu şüarı səsləndirən də "İmarət" idi. Futbolçuya karyerası boyu ən böyük dəstəyi də elə azarkeşlər verir. Qara bizim sevimli futbolçumuz olub və geydiyi formanın haqqını verib. Nə Qara, nə də başqa futbolçu ilə azarkeşin şəxsi ədavəti, prinsipi ola bilməz. O cümlədən təhqirə məruz qala bilməz. Qara Qarayev əfsanəsi ola biləcəyi klubdan çıxıb həmin klubun əzəli rəqibi olan "Nefçi"ni seçəndə, həmin klubun azarkeşlərinin də onu meydanda görəndə xoş qarşılamayacağına hazır olmalı idi.
Heç bir futbolçu və ya futbol adamı "İmarət" tribunasına yaxınlaşıb barmaqla heç kəsi hədələyə bilməz. Hədələyəcəksə olacağı budur. Bəli, kaş ki, olmazdı. Ancaq olubsa, bu tribunada da olub, bitib. Qaraya dəstək olanlara da "Neftçi Arena"ya getməklərini məsləhət görürük. Futbolçuya stadionda dəstək olmaq lazımdı, sosial şəbəkədə yox".

Xidmetler [newsid: 0-123300]

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto