Ödənişli yoldan istifadə qaydaları AÇIQLANDI
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yolda iki cür hərəkət zolağı var. Onlardan biri sürətli, digəri isə adi keçiddir.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
A.Nəcəflinin sözlərinə görə, adi zolaqlarda sürücü məntəqəyə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır.
O bildirib ki, əldə edilən kartlara müəyyən balans yerləşdirilir: "Adi keçiddən istifadə edən sürücü ödənişli yola girdiyi və çıxdığı vaxta qədər qət etdiyi məsafəyə uyğun olaraq ödəniş həmin balansdan çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş xüsusi çipli kartlar avtomobilin alın şüşəsinə yapışdırılır. Sürücü məntəqəyə yaxınlaşdıqda orada yerləşdirilən sistem avtomobili tanıyır və heç bir maneə olmadan sürücü gəldiyi sürətlə yoluna davam edə bilir".
Qurum rəsmisi qeyd edib ki, bu yolun giriş-çıxış nöqtələri ilə yanaşı, iri yaşayış məntəqələrinə daxil olmaq və çıxmaq üçün də dörd məntəqə fəaliyyət göstərir: "Bunlar Giləzi, Siyəzən, Qəndob və Xaçmaz məntəqələridir. Giriş və çıxış hissələrində adi və sürətli keçidlər mövcuddur, hər ikisindən istifadə etmək mümkündür".
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda orta aylıq maaş artdı - Amma
Anar İsrafilov vəzifədən getdi
Brüsseldən Rusiya ilə bağlı Ankaraya ŞOK TƏLƏB
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edildi
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
Zaqatalada su hovzunu təmir edən kişi yanıb
Pezeşkian onunla ABŞ ilə aparılan danışıqları müzakirə etdi
Dünya bu tarixdə tam qaranlığa qərq olacaq
Bu gün yay Azərbaycana daxil olacaq
Ağır yol qəzası baş verdi: 6 nəfər ölüb, 2 nəfər yaralanıb
Bakıda qəribə OLAY: Kişi telefona çox baxan arvadını döydü
Məşhur hitin ifaçısı xəstəxanaya yerləşdirildi
15 yaşlı yeniyetmə su kanalında boğulub
Sumqayıtda yaşayış binasında partlayış: Yaralılar var