"Oğlum orda oynayıb, bu kluba hörmətim var" - Vernidub

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 18-ci turunda "Araz-Naxçıvan"a(0:4) qarşı keçirilmiş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.az"Qafqazinfo"ya istinadən baş məşqçinin cavablarını təqdim edir:
– Sizdən öncəki məşqçilər Roman Qriqorçuk, Samir Abasov komandanın fiziki durumundan şikayətlənirdi. Bu gün isə komandada həm oyun intizamı var idi, həm də yüksək pressinq. Demək olar ki, qışda daha çox fiziki durum üzərində işləmisiz? Bu yöndə enişin yaşanmaq təhlükəsi var, yoxsa mövsümün sonuna qədər bu fiziki durumu saxlaya biləcəksiz?
– Əvvəldən istəyim o olmuşdu ki, bu performansımız bir oyunluq olmasın, hər matçda belə olaq. Çünki futbolçularım bunu edə bilərlər. Fiziki vəziyyətə gəldikdə, daha yaxşı olmalıyıq, önümüzdə daha çox işlər var. Çünki komandanın fiziki durumu yaxşı olarsa, gözəl də oynayar, yaxşı pressinq edib, yaxşı hücumlar həyata keçirərlər. Bunların arxasında həm də sürət dayanır. Hətta oyundan əvvəl İmad Fərəc və Cordan Rezabala xəstlənmişdi, onlar yox idi. Heç bizimlə deyildilər. Çünki onlar 5 gün xəstə oldular, digər oyunçular meydanda yaxşı görünürdülər. Bizdə ulduz yoxdur, kollektiv var. Hamı bir nəfər üçün, bir nəfər hamı üçün – bizim şüarımızdır. Ona görə hər biri ilə fəxr edirəm.
 – "Zirə" ilə ötən turda edə bilmədiyiniz nələri bu gün etdiz? O matçı analiz edəndə, futbolçulardan bu gün nəyi etməli olduqlarını tələb etdiniz?
– Demişdim ki, "Zirə" ilə oyun çətin idi. Düşünmürəm ki, "Zirə" ilə oyuna hazır deyildik. Orada psixoloji durum faktoru rol oynadı. Yoldaşlıq matçlarında gözəl oynamışdıq, məhz bu gün oynadığımız matç kimi. Mənim üçün ən önəmlisi odur ki, futbolçuların hər biri bugünkü kimi oynamasını çatdırım. O zaman mən də sakit, səbirli olacam.
– Freddi Varqasın zədisi nə dərəcədə ciddidir?
– Dəqiq deyə bilmərəm. Ayağına tikiş qoyublar. Orada çox ciddi kəsik var. Ümid etmək istəyirəm ki, hər şey yaxşı olacaq.
– Azərbaycanlı futbolçular rəqabətə görə çox da oynamırlar. Onların icarəyə yollanmasına icazə verəcəksiz?
– Heç kimi icarəyə verməyə hazırlaşmırıq. 22 futbolçumuz və 4 qapıçımız var. Buna qədər kim icarəyə verilibsə, olub. Hamısı oynamaq istəyir. Hər birinə şərait yaradacam. "Qəbələ"yə icarəyə verilən Rza Cəfərovu da izləyəcəyik.
– Yəqin ki, "Qəbələ" sizin üçün doğma klubdur. Bu klubda oğlunuz möhtəşəm heyətin üzvü olub. Oyun haqda nə düşünürsüz?
– Mən o komandaya böyük hörmətlə yanaşıram, oğlum orada 3 il oynayıb. Hörmət başqa, oyun başqa. Mən "Neftçi"nin udmasını istəyirəm. "Qəbələ"nin də baş məşqçisi bunu istəyir. Onlar da oyunları udurlar, çox maraqlı matç olacaq.
– Həm Andrey Ştoqrin, həm də Murad Məmmədov 90 dəqiqə oynamır. Bu, onların funksional hazırlığının 90 dəqiqə hazır olmamasını göstərir, yoxsa necə?
– Ştoqrin oyunun gedişində dizindən zərbə oldu. Ona afərin ki, o cür vəziyyətdə olsa da, oynadı. Fiziki duruma gəldikdə, rahat şəkildə 120-130 dəqiqə qaça bilər. Özü əvəzetmə istədi. Hesab da bizə imkan verirdi ki, dəyişikliyə gedək. Eyni məsələ Murada da aiddir. 22 oyunçum var, hamısı oynamaq istəyir. Mütləq şəkildə bütün oyunçuların oynamasına şərait yaratmalıyam ki, daim ehtiyatda oturmasınlar, meydanda oyun göstərsinlər. Oyun praktikası tam başqadır, 30 dəqiqə oyun, saatyarımlıq məşqdən daha faydalıdır. Şadam ki, dəyişə biləcək resurslarım var və oyunçular da yaxşı oynayırlar. Abubakar və Kurçi qol vurdu, gözəl, super.

İdman       Tarix: 02 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Millimiz Litvanı məğlub edib

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv IV turda Litva yığmasını qəbul edib. 8-ci km qəsəbə stadionunda keçirilən qarşılaşma saa


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat enson xeberler novruz bayramı xeber saytlari