Oğlunun həbs xəbərini eşidən əsir anası yıxılıb ağır xəsarət aldı

Oğlunun həbs xəbərini eşidən əsir anası yıxılıb ağır xəsarət aldı"Oğluma 20 il həbs verilməsini eşidəndə özümdən gedib yerə yıxıldım. Bir anda dünya başıma fırlandı, şoka düşdüm".
KONKRET.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
"Hüseynə 20 il iş verildiyini televiziyadan eşitdim. O xəbəri eşidən kimi həyətə çıxdım. Bir anda yerə yıxıldım. Dizlərimin ağrısından oturub-dura bilmirəm, gəzə bilmirəm. Ayaqlarım qan içində idi. İndi də xəbərlərə baxıram. Gözüm oğlumu axtarır, onu görmək, səsini eşitmək istəyirəm. Gecə-gündüz dua edirəm ki, Hüseyn əsirlikdən azad olunsun. O evə qayıtmayana qədər mən yaşaya bilmərəm", – əsir anası bildirib.
Şəlalə Axundova yenidən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladığını söyləyib.
"Həbslə bağlı mənə heç nə demədilər. Xəbərlərə baxanda bildim. Televizorun qarşısında oturub gözləyirdim. Birdən Hüseynin adını eşitdim. 20 il həbs deyiləndə dəli oldum. Bu nə işdir bizim başımıza gəlib. Qırmızı Xaç Komitəsi ilə danışmışam, onlarda da hələ heç bir xəbər yoxdur. İyulun 13-də onlara baş çəkəcəklər. İnşallah övladım həmin vaxta kimi azad olunar. Bizim yazdığımız məktubun gələn ay görüşdə onlara veriləcəyini dedilər. Ümidimizi itirməmişik. İnanıram ki, dövlətimiz Hüseynlə Aqşini erməni əsirliyindən azad edəcək", – Şəlalə Axundova əlavə edib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub.
Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir müddət əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. İyunun 21-də isə qondarma qətl işində ittiham olunan Hüseyn Axundova 20 il həbs həbs cəzası kəsilib.

Hadisə       Tarix: 23 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler bugun sonxeberler hava haqqinda kriminal