Oğuzda ağır qəza - Bir ailənin 4 üzvü yaralandı
Bakı şəhər sakinləri olan bir ailənin 4 üzvü Oğuzda yol qəzasına düşüb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Oğuz-Kərimli-Yevlax avtomobil yolunun 20-ci kilometrliyində, Oğuz rayonu Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1988-ci il təvəllüdlü Bakı şəhəri Səbail rayon sakini Kəbirağa Elbrus oğlu Şirinovun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan sürücü K.Şirinov, həyat yoldaşı 1993-cü il təvəllüdlü Sevda Şəmsid qızı Şirinova, onların iki övladı 2012-ci il təvəllüdlü Elbrus və 2013-cü il təvəllüdlü Muhamedhüseyn aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Oğuz RMX-da yaralılara ilkin yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Qəbələ RMX-a göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ