Oğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAR

Oğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAR16-18 iyul tarixlərində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə və təşkilati dəstəyi, Oğuz şəhəri "Cümə" məscidi dini icmasının təşkilatçılığı ilə Oğuz rayonunda bir sıra mətbuat nümayəndələri üçün "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminar keçirilib.
azxeber.com xəbər verir ki, seminarın birinci günündə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Fondun Himayəçilik Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, "Olaylar" İnformasiya Agentliyinin və qəzetinin rəhbəri, yazıçı Yunus Oğuz və Oğuz şəhəri "Cümə" məscidi dini icmasının sədri Şövkət Cəlilovun çıxışları dinlənilib. Daha sonra Fondun sifarişi ilə hazırlanan "Heydər Əliyev: dəyərlərimizin xilaskarı" adlı sənədli film nümayiş olunub.
Tədbirin ikinci günündə iştirakçılar tərəfindən ekspertlərin məruzələri dinlənilib. Belə ki, "Hədəf" Şirkətlər Qrupunun rəhbəri, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq "Dəyərlər media və təhsil kontekstində", Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov "Media və dini dəyərlər", Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov "Media reallığı: fəlsəfi və siyasi məqamlar" mövzusunda məruzələrlə çıxış ediblər. Müzakirələrlə davam edən tədbirdə ekspertlər və mətbuat nümayəndələri arasında seminarın mövzusuna uyğun olaraq maraqlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Daha sonra iştirakçılar üçün Oğuz rayonunda yerləşən Tarix-diyarşünaslıq muzeyi, məscid, kilsə və sinaqoqlara ekskursiyalar təşkil olunub.
Oğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAROğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAROğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAROğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAROğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAROğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAROğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAROğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAROğuzda 'Media və mənəvi dəyərlər' adlı ikigünlük seminar keçirildi - FOTOLAR

Sosial       Tarix: 18 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber ən son xəbərlər bugün novruz bayramı bugun xeberler