Okeanda itkin düşən turistlərdən biri məşhur iş adamıdır
Pakistanlı iş adamı Şahzada Davud və oğlu Süleyman Atlantik okeanında itən "Titan" sualtı gəmisindədir.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı iş adamının ailəsinə istinadən məlumat verib.
"Biz həmkarlarımız və dostlarımız tərəfindən göstərilən qayğıya görə çox minnətdarıq və hər kəsdən onların təhlükəsizliyi üçün dua etməyi xahiş edirik", – məlumatda deyilir.
Bildirilib ki, Davud baş ofisi Karaçidə yerləşən və müxtəlif sənaye sahələrini – gübrə, enerji, qida, kimyəvi maddələri əhatə edən "Engro" korporasiyasının vitse-prezidentidir.
Qeyd olunub ki, ailəsi ilə birlikdə İngiltərədə yaşayan 48 yaşlı Davud Pakistanın ən varlı adamlarından biridir.
Şahzadənin atası, 79 yaşlı Hüseyn isə "Dawood Hercules Corporation" gübrə şirkətini idarə edir.
ABŞ Sahil Mühafizəsinin Şimal-Şərq Bölməsinin məlumatına görə, sualtı qayıqda beş nəfər var, onlarla əlaqə bazar günü dalışdan təxminən 1 saat 45 dəqiqə sonra kəsilib. Ümumilikdə "Titan" içindəki insanları 96 saat hava ilə təmin edə bilir.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var