Öldürülən gürcü qızın anası "Qarabağ bəyanatı"na görə DİNDİRİLİR
Ötən ay Tetriçğaroda (Ağbulaqda) avtomobildə meyiti tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili vəkili Mixeil Ramişvili ilə birgə Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.
Publika.az xəbər verir ki, qadın bu yaxınlarda Qarabağ müharibəsi üçün silah tədarükü ilə bağlı səsləndirdiyi bəyanatla bağlı dindirilir.
M.Ramişvilinin sözlərinə görə, müdafiə etdiyi şəxs istintaq orqanlarının bütün suallarına cavab verəcək.
T.Tamazaşvili Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmaq istəyib.
Qeyd edək ki, Kvemo Poniçala sakini olan T.Baçaliaşvilinin meyiti ona məxsus "Hyundai" markalı avtomobildə iyulun 23-də Tetricğaro meşəsində aşkarlanıb. Qızın ailə üzvlərinin avqustun 30-da Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiyada "Üç yüksək vəzifəli məmur Qarabağ müharibəsi üçün Azərbaycana qarşı silahla təminat həyata keçirib", sözlərinin yazıldığı plakat tutublar.
T.Tamazavili mənbəyə istinadla bildirib ki, qızı bir neçə faylı təsadüfən açıb və silahla təminat sxemini deşifrə edib. Ana aksiya zamanı Azərbaycan və Türkiyə hökumətlərini qızının ölüm faktı ilə maraqlanmağa çağırıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA