Ölən fəhlənin işlədiyi MMC kimindir? - Bu şirkətdə əvvəl də ölüm hadisəsi olub
Ötən gün saat 10 radələrində Sumqayıt şəhəri ərazisində "Archico" MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.
KONKRET.az xəbər verir ki, bu, "Archico" MMC-nin işçilərinin ölümünə səbəb olan ilk hadisə deyil.
Daha əvvəl "Archico" MMC-nin əməkdaşı Ceyhun Paşayev Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Məlumat üçün bildirək ki, "Archico" MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Cavid Musa oğludur. Şirkətin hüquqi ünvanı "Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli ev 14A"da yerləşir. Şirkətin təsisçisi Məhəmməd Musayevdir.
Məhəmməd Musayev
"Archico" MMC həmçinin dövlət qurumlarının dəyəri milyonlarla manat olan çoxsaylı layihələrinin icraçısıdır. Şirkət hazırda Şuşa şəhərində yaşayış binaların tikintisi ilə də məşğuldur.
"Archico" MMC 2022-ci ildə "Azərsu" ASC-nin Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı keçirdiyi 9,4 milyon manatlıq tender müsabiqəsində qalib olub. Tender müsabiqəsinin icrası 2025-ci ilin sonuna kimi davam edəcək.Yeniavaz.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?