Ölkədə baş alıb gedən qiymət artımının səbəbləri - ƏTRAFLI

Ölkədə baş alıb gedən qiymət artımının səbəbləri - ƏTRAFLIÖlkədə süni qiymət artımı müşahidə olunur. Bu isə ciddi rəqabət qabiliyyətinin olmaması və inhisarçılıqla sıx bağlıdır.
KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, qiymət artımı ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinin ölkədə qiymət artımlarının gercək səbəbləri üst-üstə düşmür:
"Əslində infilyasiyanı elmi əsaslarla təsbit edilən səbəbləri və vətəndaşların düşüncələri arasında fərqliliyin olması tam təbiidir. Çünki, sadə vətəndaş iqtisadi konyukturanı təhlil edəcək iqtisadi biliklərə malik olmaya bilər və o buna borclu da deyil. O sadəcə düşüncəsini ifadə edir".
Ekspert vurğulayıb ki, sorğu nəticəsində maraqlı bir məqam ortaya çıxıb:
"Vətəndaşların inhisarçılığa qarşı kəskin mövqeyi var, onların az qala yarısı bunu açıq ifadə edir. Çünki onların 34,3%-i sahibkarların və satıcıların süni qiymət artırmasından, 11,6%-i isə rəqabətdən şikayət edir. Əslində həm süni qiymət artımı, həm də rəqabət problemləri ikisi də bir-birindən ayırmaz faktorlardır. Rəqabət olan yerdə süni qiymət artımını kimsə edə bilməz".
E.Əmirov hesab edir ki, süni qiymət artımı varsa, deməli ciddi rəqabət problemi var. Odur ki, bu sorğu onu göstərir ki, insanların 45,9 %-i inhisarçı davranışlardan narazıdır:
"Yeri gəlmişkən hətta qiymət artımlarında adi satıcıların da ən çox günahlandırılanlar içində olması verilən cavabların infilyasiyanın əsl səbəblərindən çox uzaq olduğunu göstərir. Onda sual yaranır, bəs əslində infilyasiyanın əsl səbəbləri nədir?
İnflyasiyanın əsl səbəbləri arasında birinci yerdə dayanan səbəb COVİD 19-la başlamış və müharibə ilə güclənmiş iqtisadi böhrandır. Bu bütün dünyanı ağuşuna aldı. Hər bir ölkəyə onun iqtisadi immunitetinə uyğun təsir göstərdi.
İkinci səbəb Azərbaycanın idxaldan asılılığının çox olmasıdır. Bunu cənab Prezident də 4 gün əvvəl mühasibəsində söylədi. İdxal məhsullarının istehsal olunduğu ölkələrdə maya dəyərinin artması onun ölkəmizə idxalı zamanı da qiymətlərin artmasını qaçılmaz edir.
Üçüncü səbəb isə bəli sorğuda insanların birinci göstərdiyi səbəbdir (amma satıcı faktorunu çıxmaq şərtilə). Belə ki, insanların süni qiymət artımı dediyi, əslində isə rəqabətin lazımı səviyyədə olmaması üzündən mal və xidmətlərin qiymətinin bu malı və xidməti təklif edənlər tərəfindən şişirdiləməsidir".
Natiq Səlim,
KONKRET.az

Sosial       Tarix: 13 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az xeber saytlari xeber.az sonxeber.az