Ölkədə koronavirusu yayan bu şəxslərdir - TƏSBİT EDİLDİ
Türkiyədə koronavirusu yayan şəxslər gənc kateqoriyaya məxsus insanlardır.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Koronavirusla Mübarizə Elmi Qurumu məlumat yayıb.
Xəbərə görə, 48 şəhərdə maskasız küçəyə çıxmaq qadağan olunub. Bu və qoyulan digər qaydalara ən çox risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslər əməl edib.
Elmi qurumun məlumatına əsasən, gənclərin yüksək özünəgüvəninə arxalanaraq "mənə heç nə olmaz" prinsipi əsasında hərəkət etməsi yoluxmanın artmasına gətirib çıxarıb.
Statistikaya görə, ölkədə qaydalara riayət etməyənlərin 20%-ni gənclər əhatə edir.
Elmi Qurumun müşahidələrinə əsasən, yanaşı dayanan iki insanda maska varsa, bu, virusa yoluxmanı 90% azaldır. Bu iki nəfər həm maska taxıb, həm də sosial məsafəni qoruyursa, yoluxma ehtimalı sıfıra düşür. İki insandan sadəcə biri maska taxırsa, digərinin yoluxma ehtimalı 60% olur. Maska taxmayıb, sosial məsafə qaydalarına riayət edirsə, yoluxma 80% ola bilər. Heç birinə riayət etməyənsə, 100% yoluxur.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyinin təlimatına əsasən, maska taxmayan şəxslər 900 TL (223 manata yaxın) həcmində cərimələnəcək. Bu qayda 48 şəhərdə həyatın bütün sahələrində, 33 şəhərdə isə ticarət mərkəzləri, market, restoran, kafe və gözəllik salonlarında keçərlidir.
Zümrüd
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək