Ölmüş ATƏT-in Minsk qrupunun dirilmək təhlükəsi - Politoloqdan açıqlama

Ölmüş ATƏT-in Minsk qrupunun dirilmək təhlükəsi - Politoloqdan açıqlamaİkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi regionda reallığı dəyişdi. İyirmi səkkiz il münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu adlanan bir qurum, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə Ermənistanın vəkili rolunda çıxış etdi. Ərazilərimizin işğalını qanuniləşdirmək üçün illərlə münaqişənin həllinə heç bir töhvə verilmədi. Ermənilərin sevimlisinə çevrilən ATƏT-in Minsk qrupunun həmsədrləri onların maraqlarının təmin edilməsindən ötəri hər cür vasitədən istifadə etməyə cəhd göstərsə də, arzuları reallaşmadı.
Azərbaycan ərazi bütövlüyünü öz imkanları hesabına təmin etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ATƏT-in Minsk qrupunun 28 il ərzində görə bilmədiyi işi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuz cəmi 44 günə həll etdi. Azərbaycanın əldə etdiyi zəfərdən sonra ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırdı. Artıq Azərbaycan 30 illik işğala son qoyduğundan beynəlxalq vasitəçilərin iştirakına ehtiyac qalmadı.
İndi, Qərbin bəzi siyasi dairələri ATƏT-in Minsk qrupunu yenidən bərpa etmək üçün çalışır.
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Tural Əliyev ABŞ və Fransanın yenidən Minsk qrupunun dirçəldilməsiylə bağlı verdiyi bəyanatların gözlənilməz olmadığını bildirdi:
Ölmüş ATƏT-in Minsk qrupunun dirilmək təhlükəsi - Politoloqdan açıqlama"2-ci Qarabağ müharibəsinə qədər, ABŞ, Fransa və Rusiya bölgəyə mütamadi səfərlər edib, müxtəlif açıqlamalar versələr də nəticə isə sıfıra bərabər idi. Azərbaycan isə güc tətbiq etmək hüququnu hər zaman özündə saxlayırdı. Sülh yolu ilə danışıqların fayda verməyəcəyi təqdirdə Azərbaycan ordusu güc yolu ilə ərazi bütövlüyümüzü bərpa edəcəkdi. Elə də oldu və sülh danışıqları nəticə vermədiyindən Azərbaycan legitim hüququndan istifadə edərək Qarabağı işğaldan azad etdi. 10 noyabr bəyanatından kənar qalan ABŞ və Fransa bölgəyə təsir etmək üçün, yeni bir formata ehtiyac olduğunu bildirirlər. Yeni format alınmayacağı təqdirdə Minsk qrupunu başqa bir adda yenidən diriltmək planları var. Bu baxımdan həm ABŞ, həm də Fransa regionda öz təsir dairələrini bərpa etməkdən ötəri Minsk qrupu formatında hərəkətə keçmək istəyirlər. İkincisi, Ermənistan tərəfdən neçə vaxtdır versiyalar irəli sürülür ki, Qarabağa beynəlxalq mexanizmiləri gətirmək üçün müəyyən alətlər işə salınmalıdır. Bu, Ermənistanın öz istəyi deyil. Onlara Qərb tərəfdən təzyiq var. Qərb Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyini və hüquqlarının qorunması adı altında bölgəyə daxil olmaq istəyir. Bu da münaqişənin həllinə deyil, yenidən uzadılmasına istiqamətlənib".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 26 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə ən son xəbərlər bugün hava son.xabar