Ölmüş körpənin doğum evindən qaçırılması cəhdi ilə bağlı AÇIQLAMALAR - VİDEO

Ölmüş körpənin doğum evindən qaçırılması cəhdi ilə bağlı AÇIQLAMALAR - VİDEOElmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 26 günlük uşağın meyitinin ailənin razılığı olmadan xəstəxanadan çıxarılıb qaçırılması anının görüntüləri ilə bağlı açıqlama verib.
azxeber.com xəbər verir ki, qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyulun 30-da ana Züleyxa Əkbərovanın körpəsi dünyaya gəlib və o, doğuş zamanı ağır asfiksiya, yenidoğulmuşun qıcolması və yenidoğulmuşun tənəffüs çatışmazlığı diaqnozları ilə Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olub:
"Körpə süni tənəffüs aparatına qoşulub. Müayinə və müalicəsi müəssisədə davam etdirilən körpə laborator göstəriciləri nəzərə alınaraq hipotermiya aparatına keçirilib və 72 saatdan sonra ayrılıb. Vəziyyətin ağırlığı - ağır asfiksiya nəticəsində yaranan ürək və MSS tərəfindən olan pozulma ilə əlaqədar olub. Doğulduğu andan neonatal koma vəziyyətində olub.
26 gün Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsində kliniki, laborator, funksional müayinələrdən keçib. Vəziyyəti nəzərə alınaraq kardioloq, nevroloq, oftalmoloq, neyrocərrah tərəfindən konsultasiya aparılıb. Körpənin şöbədə müalicəsi davam etdirildiyi müddətdə valideynlərin mütəmadi məlumatlandırılması aparılıb, görüşlər təşkil olunub, ailə körpənin video və fotosu ilə təmin edilib.
Ailənin körpə ilə dəfələrlə görüşü təşkil olunub. Bununla bağlı müəssisəmizdə videosübutlar da mövcuddur. Aparılmış zəruri bütün tədbirlərə baxmayaraq, yenidoğulmuş 26.07.2022-ci il tarixində saat 12:54-də poliorqan çatışmazlığı nəticəsində tələf olub. Müəssisə tərəfindən bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinə və Yasamal Rayon Prokurorluğuna məlumat verilib".
Bildirilib ki, Yasamal Rayon Prokurorluğundan uşağın meyitinin yarılması üçün Patoloji Anatomiya Bürosuna təhvil verilməli olduğu bildirilib:
"Əhalinin Sağlamlıq vəziyyətinin qorunması haqqında" qanunun 41-ci maddəsində patoloji-anatomik yarma barədə bildirilir ki, patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında patoloji-anatomik yarmanın aparılması məcburi hesab edilir və bunun üçün vəfat etmiş şəxslərin yaxınlarından icazə alınmaya bilər.
Sözügedən hadisədə 26.07.2022-ci il tarixdə saat 15:40-da Patoloji Anatomiya Bürosuna təhvil verilməsi üçün müəssisənin əməkdaşları - direktorun inzibati məsələlər üzrə müavini İkram Ağayev, neonatoloq Nigar Şahbazova və şöbənin əməkdaşı Cahan Qəmbərova müəssisəyə məxsus avtomobillə meyiti Patoloji Anatomiya Bürosuna aparmaq istəyərkən müəssisənin həyətində Əkbərova Züleyxa Tahir qızının qohumları tərəfindən müəssisənin balansında olan "Niva" markalı 10-AR-131 dövlət qeydiyyat nişanlı avtomobilə hücum edilib.
Avtomobilə zərbələr endirilməklə ön şüşəsi qırılıb, içəridə oturan İ.Ağayevin çənə nahiyəsinə, C.Qəmbərovanın üzünə xəsarətlər yetirilib və C.Qəmbərovadan uşağın meyiti dartılıb alınıb. Qeyd etmək istəyirik ki, İnstitutun balansında təcili tibbi yardım avtomobili mövcud olmadığından meyit balansda olan "Niva" markalı maşın ilə aparılırdı.
Bu zaman müəssisənin həyətində hüquq-mühafizə orqanlarının əməkdaşları da olublar. Məsələ ilə bağlı mühafizə xidməti müdaxilə edib, Yasamal Rayon 27-ci Polis Bölməsinə və Yasamal Rayon Prokurorluğuna məlumat verilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra Yasamal Rayon Prokurorluğunun əməkdaşının iştirakı ilə meyit uşağın atası tərəfindən Patoloji Anatomiya Bürosuna verilməsi üçün götürülüb.
Əməkdaşlarımıza və dövlətin balansında olan avtomobilə dəyən zərərlə bağlı, eyni zamanda əməkdaşlarımızın təhqir olunması ilə bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına məlumat veriləcək".
Qeyd edilib ki, məsələ İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü, ağırlaşmış doğuş hallarının təhlili üzrə komissiyasının nəzarətindədir. Komissiyanın üzvləri tərəfindən xəstəlik tarixlərinin təhlili aparılır.
Baş Prokurorluqdan isə bildirilib ki, ölümün səbəbinin müəyyən edilməsi və digər xüsusatlarla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, iyulun 27-də 26 günlük körpənin meyitinin ailənin razılığı olmadan xəstəxanadan çıxarılıb qaçırılma anının görüntüləri yayılıb.

Sosial       Tarix: 28 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri şou biznes xəbərləri cəbhədən şad xəbər sonxəbərlər gunun xeberleri