Ombudsman Bəxtiyar Hacıyevi qəbul etdi - Səhhəti ilə maraqlandı
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bəxtiyar Hacıyevi fərdi qaydada qəbul edib, səhhəti ilə maraqlanıb.
Bu barədə azxeber.com-a Ombudsman Aparatından məlumat veirlib.
Bildirilib ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilib.
"Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun və BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası"nın Fakültativ Protokolunun tələbləri əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında keçirilmiş başçəkmələrdə də məqsəd saxlanma şəraiti və rəftar məsələlərinin araşdırılması olub.
Ombudsman S.Əliyeva və Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən keçirilmiş başçəkmələr zamanı yemək qəbulundan imtina etməsi ilə bağlı məlumatlar yayılmış Bəxtiyar Hacıyev də fərdi qaydada qəbul edilib. Fərdi qəbul zamanı onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi yerində araşdırılıb, müraciəti dinlənilib.
Başçəkmələr çərçivəsində keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.
Qeyd edilib ki, B.Hacıyevin hüquqları ilə bağlı ailə üzvləri və hüquq müdafiəçiləri tərəfindən Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi