Ombudsmandan mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə MÜRACİƏT
"Dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin hələ də ölkəmizə təhvil verilməməsi hərbi qulluqçularla bərabər, mülki şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqdadır".
azxeber.com xəbər verir ki, bu barədə Ombudsmanın Füzuli və Tərtərdə baş vermiş mina partlayışları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətində deyilir:
"Təəssüflər olsun ki, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndinin minalardan təmizlənməmiş ərazisində tank əleyhinə minanın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Əsədov Amid Fətullah oğlu və 2007-ci il təvəllüdlü Quluzadə Çərkəz Bahadur oğlu həlak olmuş, 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu isə yaralanmışdır.
Eyni zamanda, 2022-ci il 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən minalardan təmizlənməmiş "Üçüncü Sovxoz" adlı yerdə piyada əleyhinə minanın partlaması nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu ağır xəsarət almış və ilkin məlumata əsasən ayaqları amputasiya edilmişdir.
Bir daha beynəlxalq təşkilatlara müraciət edərək, işarələnməmiş minaların insan həyatı üçün potensial təhlükə mənbəyi olması ilə bağlı narahatlığımızı təkrar diqqətə çatdırır və bununla əlaqədar təxirəsalınmaz addımlar atmağa çağırırıq.
Ermənistan tərəfi minaların dəqiq xəritələrini ölkəmizə təhvil verməklə beynəlxalq humanitar hüquq normalarına əməl etməli, insan hüquqlarına hörmət bəsləməli, regionda davamlı sülhün və təhlükəsizliyin təmini ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var