Ömürlük həbs alsa da 9 ildən sonra bəraət alan şəxs DANIŞDI: 'Həmin gecə ...' - VİDEO

Ömürlük həbs alsa da 9 ildən sonra bəraət alan şəxs DANIŞDI: 'Həmin gecə ...' - VİDEOÖtən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sistemində nadir hallarda baş verən hadisələrdən biri qeydə alındı. Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət aldı. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyərək öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı.
azxeber.com xəbər verir ki, 53 yaşında tutulan Aydın Qəhrəmanov 62 yaşında məhkəmə zalından azadlığa buraxıldı.
2013-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub. Əvvəlcə, Cinayət Məcəlləsinin "Özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi başlanıb. Aydın Qəhrəmanov təqsirləndirilən şəxs qismində tutulub. Daha sonra ona Cinayət Məcəlləsinin "tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə" və "iki və ya daha çox şəxsi öldürmə" maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Uzun çəkən məhkəmə və ekspertizalardan sonra ona bəraət verilib.
Aydın Qəhrəmanov deyir ki, əslində, həmin gecə 3 il birlikdə yaşadığı qadınla və onun qardaşı qızı ilə birlikdə zəhərlənib. Aydın Qəhrəmanovun vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib. Hətta Qəhrəmanov xəstəxanada olanda mərhum Aida Yəhyayeva onu ziyarət edib. Xəstəxanadan çıxdıqdan sonra isə mərhum Aydın Qəhrəmanova zəng edərək deyib ki, müalicə müddətində içdiyi dərmanlardan ona da gətirsin.
Bundan sonra isə Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın vəziyyəti pisləşib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Bir neçə gündən sonra isə dünyalarını dəyişiblər.
Beləliklə, Aydın Qəhrəmanov həbs olunub. 9 il 6 ay dəmir barmaqlıqlar arxasında qalan məhkum azadlıq üçün hər gün mücadilə aparıb, günahsız olduğunu isbatlamaq məqsədi ilə müraciət etmədiyi ünvan qalmayıb.
Maraqlıdır ki, dünyada nadir yaşanan bu təcrübədə məhkumun həyatından "oğurlanmış" illərin qarşılığı nə olur və ya nə olmalıdır?
Bununla bağlı konkret qanunverici akt olmasa da, günahsız yerə həbsdə yatmış şəxsin bunun kompensasiyasını maddi formada almaq hüququ var. Aydın Qəhrəmanovun vəkili Tərlan Azayev deyir ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər.
Hazırda Aydın Qəhrəmanovun səhhətində ciddi problemlər var. Bundan sonra o, yalnız sağlamlığına qovuşmaq üçün çalışacağını deyir. İnanır ki, əsl günahkar tapılacaq, dünyasını dəyişən yaxınlarının qanı yerdə qalmayacaq.

Sosial       Tarix: 02 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler cəbhədən yeni xəbərlər xeberler bugun 2026 valyuta