Onkoloq xərçəngə səbəb ola biləcək qidalardan danışıb

Onkoloq xərçəngə səbəb ola biləcək qidalardan danışıbYağlı qidalar və meyvə-tərəvəz çatışmazlığı, piylənmə və aktivliyin olmaması, həmçinin siqaret və alkoqoldan sui-istifadə xərçəng xəstəliyinə tutulma riskini artırır.
KONKRET.az xəbər verir ki, bu barədə onkoloq, Rusiya Onkoloji Mərkəzin ambulator şöbəsinin müdiri, t.ü.f.d. Ruslan Basanov danışıb.
"Yağlı, qızardılmış qidalar, qırmızı ətin çox istehlakı, meyvə, tərəvəz və taxılların kifayət qədər qəbul edilməməsi qida borusu, düz bağırsaq, mədə və digər orqanların xərçəngi riskini artıra bilər. Rasionda meyvə və tərəvəzlərin olmaması da xərçəngdən qorunmağa kömək edən vitamin və antioksidantların çatışmazlığına səbəb ola bilər. Artıq çəki və piylənmə döş, böyrək, qaraciyər, mədəaltı vəzi və bağırsaq xərçəngi də daxil olmaqla bir neçə növ xərçəngin inkişaf riskinin artması ilə əlaqələndirilir", – deyə həkim xəbərdarlıq edib.
Basanovun fikrincə, siqaret çəkmək ağciyər, ağız, boğaz, yemək borusu və sidik kisəsi xərçəngi, alkoqollu içkilər isə qida borusu, qaraciyər, boğaz və döş xərçəngi üçün mühüm risk faktorudur. Alkoqol və nikotinin eyni vaxtda istifadəsi onların kanserogen təsirlərinin qarşılıqlı artmasına səbəb ola bilər.
"Bağırsaq, döş və digər xərçəng növləri fiziki fəaliyyətin olmaması ilə əlaqələndirilir, günəşdən və ya solyaridən gələn ultrabənövşəyi şüalara həddindən artıq məruz qalma dəri xərçənginə səbəb ola bilər. Xroniki stress, yuxusuzluq və ətraf mühitin çirklənməsi də xərçəng riskini artırır", – onkoloq vurğulayıb./Oxu.az

Sağlamlıq       Tarix: 01 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 xəbər az en son xeber cebheden xeber