"Onlar Bizə Əmanətdir" layihəsi çərçivəsində şəhid övladlarına hədiyyələr təqdim edildi
Qırmızı Ürəklər Fondu cəmiyyətimiz üçün həssasvə vacib mövzularda təşəbbüslərini davam etdirir.
azxeber.com xəbər verir ki, ənənəsinə sadiq qalan Fond"Onlar Bizə Əmanətdir" layihəsi çərçivəsində növbəti dəfə şəhid övladlarınısevindirib. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən layihə paytaxt Bakı da daxil olmaqla ölkənin bütün regionlarını əhatə edib. Layihə çərçivəsində16 yaşadək olan 1800-ə yaxın şəhid övladına bayram hədiyyələri təqdim edilib.
Şəhid övladlarının siyahısınınhazırlanması yerli icra hakimiyyəti orqanlarının, hədiyyələrin onlaraçatdırılması isə fondun könüllüləri ilə yanaşı "Azərpoçt"un dəstəyi ilə baştutub. Layihənin həyata keçirilməsində "Kapital Bank", "PMD Group", "PashaPay","PASHA Investments", "PASHA Technology", "PASHA Life" və "PASHA Bank" kiminüfuzlu tərəfdaşlar iştirak ediblər.
4 ildir davam edən "Onlar Bizə Əmanətdir"layihəsinin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizinövladlarına mənəvi dəstək göstərmək, onlara cəmiyyətin diqqət və qayğısını hissetdirməkdir.
Uşaqlarına sevinc dolu anlarını izləməküçün keçid edin:
Qeyd edək ki, "Red Hearts" – Qırmızı ÜrəklərFondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü iləyaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətininformalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacibmövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədiyardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondunfəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstəkolmaq üçün saytına daxil olmaq kifayətdir.

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib