"Onlar kağız üzərində favorit olacaqlar" - Millimizin baş məşqçisi
"Mən oyunçularıma inanıram və əsas məqsədimiz üçün mübarizə aparacağıq".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın basketbol üzrə 3×3 qadın millisinin baş məşqçisi Raşa Deliç Paris Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda təsnifat mərhələsi barədə danışarkən deyib.
Mütəxəssis turnirdəki bütün komandaların yaxşı kollektivlər olduğunu bildirib: "Şanslar eynidir. Çətin komandanı seçsəm, Niderlandı qeyd edə bilərəm. Onlar buraya Avropa çempionu kimi gələcəklər və kağız üzərində favorit olacaqlar. Amma idmanda bunun heç bir mənası yoxdur. Sən nəyə qadir olduğunu meydanda göstərməlisən və bu çox vacibdir. Bu səbəbdən yaxşçı nəticə üçün əlimizdən gələni edəcəyik".
Baş məşqçi yığmanın Serbiyada təlim-məşq toplanışı olacağını sözlərinə əlavə edib: "Mart ayında bir neçə turnirdə iştirakımız planlaşdırılır. Amma bunlar hələlik bəlli deyil. Heyətə kimlərin cəlb ediləcəyini dəqiq deyə bilmərik. Bu, hazırlıqdan asılıdır. Yəqin ki, "Neftçi"dən iki basketbolçu heyətə daxil ediləcək".
Milli lisenziya uğrunda Honkonq, Niderland, Macarıstan, Polşa, Monqolustan, Misir və Çili komandaları ilə qarşılaşacaq.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi