Onlarla rus tankı sərhədə doğru irəliləyir - Peyk görüntüləri ÜZƏ ÇIXDI (FOTO/VİDEO)

Onlarla rus tankı sərhədə doğru irəliləyir - Peyk görüntüləri ÜZƏ ÇIXDI (FOTO/VİDEO)Bu dəqiqələrdə Krasnodar şəhərində Ukrayna istiqamətində hərəkət etdiyi bildirilən daha onlarla Rusiya tankının görüntüləri yayılıb. Kadrlara əsasən modernizə edilmiş T-72B tanklarını daşıyan dəmiryol eşalonu Krasnodar vağzalını tərk edir. Bu tanklar "Javelin" tank əleyhinə raketlərinə və zərbə dronlarına qarşı mühafizə sistemi ilə təchiz edilib. Həmin mühafizə sistemi tankın qülləsinin üzərində yığılmış metal konstruksiyadan və qülləni tank əleyhinə raketdən qorumaq üçün nəzərdə tutulan metal tordan ibarətdir.
Belə primitiv mühafizə sistemini Rusiya tanklarında 44 günlük Qarabağ müharibəsindən sonra quraşdırmağa başlayıblar və konstruktorların fikrincə, onlar tankları havadan kamikadze-dronların zərbəsindən və tank əleyhinə raketlərdən qoruya biləcək.
Məlumata görə, tankları daşıyan dəmiryol eşalonu Ukrayna sərhədləri istiqamətində hərəkət edib. Bundan əvvəl xəbər verilmişdi ki, Ukrayna ordusu separatçıların təmas xəttinə doğru hərbi texnika cəmləşdirməsi ilə bağlı ABŞ-dan aldığı "Javelin" raket komplekslərini cəbhəyə göndərib.
***
Yeni əldə edilmiş peyk görüntüləri Rusiyanın Ukrayna sərhədlərinə yenidən hərbi texnika və qoşun hissələri cəmləşdirdiyini təsdiq edir. "Maxar Technologies" şirkətinin kommersiya peykinin çəkdiyi sensasion görüntüləri ABŞ-ın "POLITICO" nəşri yayıb. Bildirilir ki, Rusiya 2021-ci ilin yaz aylarında da Ukrayna sərhədlərinə iri qoşun qruplaşmaları cəmləşdirmişdi.
Onlarla rus tankı sərhədə doğru irəliləyir - Peyk görüntüləri ÜZƏ ÇIXDI (FOTO/VİDEO)Yeni təsvirlərdə isə Ukrayna sərhədlərinin bir neçə kilometrliyində, o cümlədən Belarus sərhədləri yaxınlığında yerləşən Yelni şəhəri ətrafında zirehli tank hissələrinin, özüyeriyən artilleriya qurğularının və çoxsaylı digər hərbi texnikanın, o cümlədən avtomobil texnikasının cəmləşdirildiyi görünür. Bildirilir ki, həmin bölmələr, o cümlədən Rusiya ordusunun elit 1-ci qvardiya tank diviziyası sentyabrın sonlarından etibarən Ukrayna sərhədlərinə doğru hərəkət ediblər.
Onlarla rus tankı sərhədə doğru irəliləyir - Peyk görüntüləri ÜZƏ ÇIXDI (FOTO/VİDEO)"Jane"s İntelligence" nəşrinin ötən gün noyabrın 1-də apardığı analiz isə göstərib ki, Rusiya ordusunun 4-cü tank diviziyası da Ukraynanın şimal sərhədlərinin yaxınlığında yerləşən Bryansk və Kursk şəhərləri ətrafında cəmləşdirilib. Diviziya T-80U tankları və özüyeriyən artilleriya kompleksləri ilə təchiz edilib. Bildirilir ki, 1-ci qvardiya tank diviziyasının bəzi hissələri də həmin rayondadır. Nəşrin analizinə əsasən həmin tank ordusu bütün səviyyələrdə döyüş əməliyyatlarının, o cümlədən irimiqyaslı hücumun aparılması üçün nəzərdə tutulub. Bu tank birləşməsi ən yeni texnika ilə təchiz edilib.
Onlarla rus tankı sərhədə doğru irəliləyir - Peyk görüntüləri ÜZƏ ÇIXDI (FOTO/VİDEO)"POLITICO" qeyd edir ki, Rusiyanın Ukrayna sərhədlərinə yenidən qoşun cəmləşdirməsi bu ölkənin NATO-ya üzvlüyü barədə müzakirələrin aktivləşdiyi vaxta, o cümlədən ABŞ-ın müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri ərəfəsində təsadüf edir. Həmin səfər zamanı Lloyd Ostin Ukraynanın öz xarici siyasətini müəyyən etmək haqqına malik olduğunu və ABŞ-ın bu ölkəyə hərbi dəstək verəcəyini bəyan edib.
Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsinə paralel olaraq Donbassda da gərginlik artıb, separatçıların Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutması intensivləşib. virtualaz.org qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri də bu təxribatlara cavab verir və təmas xəttinə qoşun hissələri cəmləşdirir.
Onlarla rus tankı sərhədə doğru irəliləyir - Peyk görüntüləri ÜZƏ ÇIXDI (FOTO/VİDEO)"The Washington Post" qəzeti də ötən şənbə günü amerikalı və avropalı rəsmilərə istinadən Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirdiyini yazmışdı. Orada peyk fotolarından söhbət gedirdi, amma həmin fotolar dərc edilməmişdi. Pentaqonun rəsmi nümayəndəsi, polkovnik Anton Semelrot jurnalistlərə açıqlamasında deyib: "Bizə Rusiyanın Ukrayna sərhədləri yaxınlığında qeyri-adi fəallığı barədə məlumatlar daxil olub, amma biz Rusiyanın niyyətinin nədən ibarət olduğunu bilmirik. ABŞ regionda deeskalasiyanı və Ukraynanın şərqindəki münaqişənin diplomatik yolla nizamlanmasını dəstəkləyir. Artıq bəyan etdiyimiz kimi, bizim Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz sarsılmazdır".
Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan isə ötən gün bildirib ki, Bayden administrasiyası Ukrayna ətrafındakı situasiyanı diqqətlə izləyir.
Xatırladaq ki, bundan əvvəl bəzi Rusiya nəşrləri də Ukrayna sərhədlərinə zirehli texnika eşalonlarının, habelə "İsgəndər-M" operativ-taktiki raket komplekslərini cəmləşdirdiyi barədə məlumatlar, görüntülər yaymışdı.

(virtualaz.org) /publika.az

Dünya       Tarix: 02 noyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər xeberlər en son xeberler bu gun cəbhədən görüntüleri