Onun kişi sevgilisi var, Serenay ilə reklam üçün birlikdədir

Onun kişi sevgilisi var, Serenay ilə reklam üçün birlikdədirTürkiyəli aktrisa Serenay Sarıkaya ilə pul qarşılığında sevgi münasibətində olduğu iddia edilən müğənni Mert Demir bu haqda ilk dəfə danışıb.
azxeber.com xəbər verir ki, Mert Demir öz "İnstagram" səhifəsində paylaşım edib.
Mert Dəmir bir iş adamı ilə homoseksual münasibətdə olduğu və bunu gizlətmək üçün 5 milyon dollar müqabilində Serenay Sarıkaya ilə reklama görə sevgi əlaqəsi qurduğu iddialarına münasibət bildirib. 
Məşhur müğənni verdiyi açıqlamasında, sevdiyi və aşiq olduğu biri ilə münasibətdə olduğunu bildirib:
"Mənim susmağım pis niyyətli insanların əlinə oyuncaq olub. Amma bir həqiqət var ki, işimi həvəslə görürəm və mükafatını da xalqdan alıram. Reklam münasibəti yox, çox sevdiyim münasibətdəyəm. Bütün qəlbimlə arzu edirəm ki, mənim öz həyatımda hiss etdiyim bu gözəl hissləri məni pisləyən insanlar da yaşasınlar".
Demir həmçinin cinsiyyəti ilə bağlı yalanların da yayıldığını diqqətə çatdırıb:
"Dostlar, karyeramda bu nöqtəyə gəlməyimin yeganə səbəbi illərdir sərf etdiyim zəhmətdir. Gəncliyimin ən gözəl illərini studiyalarda özümü tərbiyə etməklə keçirmişəm. Heç bir səsyazma şirkətinin, prodüserin, sponsorun dəstəyi olmadan karyeramı bu nöqtəyə gətirmişəm. Bu həqiqətə inanmaq istəməyən bədxahlar məni gözdən salmaq üçün bir ildir mütəmadi olaraq mənə hücum edir, ailəmi, şəxsi həyatımı, işimi hədəfə alırlar. Mən susduqca, onlar daha da cəsarətlənirlər. Hər bir uğurum arxasında müxtəlif səbəblər axtarılıb, ailəm araşdırılıb, xoşbəxt gedən münasibətimə söz deyilib. 
Hətta cinsiyyətimlə bağlı yalanlar belə danışılıb. Bircə həqiqət var, işimi həvəslə görürəm və xalqdan mükafatımı alıram. Bilməyinizi istərdim ki, bundan sonra haqqımda çıxan bütün yalan xəbərlərə qarşı qanuni tədbirlər görüləcək. Hamınıza sağlam və dinc həyat arzu edirəm".
Oksana

Şou Biznes       Tarix: 14 yanvar 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Məhşur aktyor avtomobil qəzasından sonra ölüb

ABŞ-ın tanınmış aktyoru Larri Poyndekster 66 yaşında ölüb. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Məlumata görə, aktyor noyabrın 13-də Los-Ancelesin Studio City ərazisində yolu keçərkən avtomobil tərəfindən vurulub

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

Zaur Rzayev harada dəfn olunacaq?

"Xalq artisti Zaur Rzayevlə vida mərasiminin harada keçirilməsi ailəsinin verəcəyi qərara bağlıdır. Bu barədə -a Mədəniyyət Nazirliyindən məlumat verilib. Zaur Rzayevin ailəsi ilə əlaqə saxlamaq isə mümkün olmayıb. Xanəndəni

Vəfa Şərifova ikinci dəfə ailə həyatı qurdu?

Müğənni Vəfa Şərifovanın ikinci dəfə ailə həyatı qurduğu iddia olunur. xəbər verir ki, müğənni şəxsi "Instagram" hesabında foto paylaşıb. . Sözügedən görüntülər onun yenidən ailə qurduğu ilə bağlı iddialara səbə

Röyanın adından dələduzluq - FOTO

Xalq artisti Röya Ayxanın adından dələduzluq edilib. Müğənninin Hollandiyanın Amsterdam şəhərində konsert verəcəyi ilə bağlı süni intellekt vasitəsilə hazırlanmış saxta afişalar paylaşılıb və həmin elanlar üzərindən bile

Polat Alemdar ekranlara qayıdır?

"Kurtlar Vadisi" serialında Polat Alemdar obrazı ilə tanınan Necati Şaşmazın qardaşı Raci Şaşmazın ssenarisini yazdığı "Yeraltı" serialında qonaq oyunçu kimi rol ala biləcəyi irəli sürülüb. . -a istinadə

Cəmi 3 il evli qala bildilər

Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər. axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek v

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir

Türkiyədə rep musiqisinin tanınmış ifaçıları "Lvbel C5" (Süleyman Burak Bodur) və azərbaycanəsilli Asya Əlizadənin ifa etdiyi "Kahpe" mahnısı ilə bağlı cinayət işi üzrə ittiham aktı hazırlanıb. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu ən son xəbərlər son.xeberler en son xeberler