OPEC bu il Azərbaycanda karbohidrogen hasilatı üzrə proqnozunu açıqlayıb
2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlərin gündəlik hasilatı 14 min barel artaraq orta hesabla 700 min barel olacağı proqnozlaşdırılır.
"Report" Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aprel hesabatına istinadən xəbər verir ki, artımın qismən "Şahdəniz", "Abşeron" və "Ümid-Babək" qaz-kondensat layihələri hesabına baş verəcəyi proqnozlaşdırılır.
Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqlarından hasilat da bu il yatağın yeddinci platforması sayəsində artmalıdır.
Hesabata görə, ölkədə fevralda maye karbohidrogen hasilatının aylıq müqayisədə faktiki olaraq dəyişməyərək, illik müqayisədə isə 62 min barel azalaraq orta hesabla 600 min barel səviyyəsinə çatıb.
Hesabata əsasən, maye karbohidrogenlərin Azərbaycanda gündəlik hasilatı (neft kondensatla birgə-red.) bu ilin birinci rübündə 600 min barel səviyyəsində, qalan (II-IV) rüblərdə isə 700 min barel olacağı proqnozlaşdırılır.
2025-ci ildə OPEC ölkədə gündəlik kondensatla birgə neftin hasilatını 700 min barel səviyyəsində gözləyir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR