Ordumuz Koçaryanı izlədi, Xankəndidəki separatçılar... - Erməni seçkiləri Azərbaycanın nəzarətində
Ermənistanda dünən başlanan seçki kampaniyası tədricən qızışır.
Publika.az xəbər verir ki, "Ermənistan" blokunun rəhbəri, keçmiş prezident Robert Koçaryan seçki təbliğatına Sünikdən (Zəngəzur) başlayıb.
R.Koçaryan Qafan hava limanda olarkən maraqlı anlar yaşanıb. Hava limanından bir neçə yüz metr məsafədə olan və əraziyə nəzarət edən Azərbaycan ordusu Koçaryanın hərəkətlərini izləyib.
Hava limanında olan erməni jurnalist Vahe Makaryan Azərbaycan hərbçilərinin durbinlə ətrafı müşahidə etdiyini yazır.
Koçaryan hava limanında olarkən özünü yeni "baş nazir" kimi aparması da diqqətdən yayınmayıb. Hava limanının əməkdaşları ona infrastrukturun yenidən qurulması ehtiyacı haqqında danışıblar. Koçaryan da "iyunun 20-dən sonra həll ediləcək" deyə bildirib və bununla iyunun 20-də keçiriləcək parlament seçkilərində qalib gələcəyinin mesajını verib.
Ən diqqətçəkən məqamlardan biri Xankəndidəki separatçıların "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyanın da Qafana gəlməsi və Koçaryanın seçki kampaniyasında iştirak etməsidir.
Ermənistanda seçki kampaniyasının əsas mübarizə platformasının Zəngəzur olacağı gözləniləndir. Ən maraqlı isə namizədlərin seçki təbliğatını Azərbaycan Ordusunun nəzarəti altında aparmasıdır. Koçaryanın Qafan hava limanında keçirdiyi görüşün ordumuz tərəfindən izlənilməsi belə nümunələrdən biri hesab oluna bilər.
Asif

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər