Oskanyan: "Bu bəyanat yanlış şəkildə, yanlış yerdə və yanlış zamanda verilib"

Oskanyan: Ermənistanda ictimai-siyasi durum yenə əvvəlki kimidir. Bəzi siyasi qüvvələr hakimiyyəti qeyri-peşəkarlıqda ittiham edir, bəziləri Paşinyan hökumətini satqın adlandırır. Keçmiş hakimiyyətlərdə təmsil olunan siyasətçilər isə Paşinyanı təcrübəsizlikdə günahlandırırlar.
Keçmiş xarici işlər naziri Vardan Oskanyan isə neçə gündür hakimiyyəti sərt tənqid edir, baş nazirin ünvanına ittihamlar səsləndirir. Eyni zamanda Paşinyandan diplomatik səlahiyyət tələb edir. Oskanyan ötən həftə özünün Facebook hesabında belə təşəbbüslə çıxış edəndən sonra Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan da onun təşəbbüsünü bəyəndiyini demişdi. Bu dəfə Oskanyan yerli mətbuata müsahibəsində Ermənistanın uğur qazanması üçün danışıqlarda onun rəhbərlik etdiyi diplomatların təmsil olunmasını istəyir.
Oskanyan hesab edir ki, Paşinyan onun rəhbərlik edəcəyi diplomatik qrupa danışıqlar üçün səlahiyyət versə, Ermənistan uğur əldə edə bilər. Oskanyan Paşinyanı və onun komandasını diplomatiyadan uzaq adam adlandırıb. Öz təcrübəsinə güvənən keçmiş xarici işlər naziri Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" deməsini indiyə kimi baş nazirin ən doğru siyasi bəyanatı hesab edir. Amma Oskanyana görə həmin bəyanat yanlış şəkildə, yanlış yerdə və yanlış zamanda verilib.
Uzun müddət Ermənistanın xarici siyasətinə rəhbərlik edən primitiv düşüncəli "diplomat"ın yenidən siyasi səhnəyə qayıtmaq cəhdi və danışıqlar prosesini pozmaq niyyəti təkcə onun istəyi deyil. Bu həm də Ermənistanda sülhə mane olmaq istəyən qüvvələrin cəhd etdiyi məsələdir.
Amma Cənubi Qafqazda geosiyasi vəziyyət tamam fərqli istiqamətdə davam edir və diqtə edən tərəf qalib Azərbaycandır.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 11 iyul 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün son xeber.az novruz bayramı cebheden xeber