Ötən ay ərzində Azərbaycana 226 mindən artıq turist gəlib
2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin analoji dövrü ilə müqayisədə 18,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, gələnlərin 30,0 faizi Rusiya Federasiyası, 28,2 faizi Gürcüstan, 10,6 faizi Türkiyə, 5,8 faizi İran, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Küveyt, hər birindən 1,4 faiz olmaqla Qazaxıstan və Pakistan, 1,1 faizi Türkmənistan, 0,9 faizi İraq, hər birindən 0,8 faiz olmaqla Böyük Britaniya və İsrail, 7,7 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə 2020-ci ilin yanvar ayında gələnlərin sayında daha çox artım Səudiyyə Ərəbistanı (4,2 dəfə), İsrail (2,6 dəfə), Hindistan (80,2 faiz), Küveyt (73,3 faiz), Bəhreyn (69,8 faiz), Malayziya (62,5 faiz), Çin (54,0 faiz), Macarıstan (42,9 faiz), Belarus (29,5 faiz), Moldova (28,6 faiz), Yaponiya (26,6 faiz), İran (26,4 faiz), Cənubi Koreya (21,7 faiz), Ukrayna (21,1 faiz), Rusiya Federasiyası (20,4 faiz), Qazaxıstan (19,6 faiz) və Pakistan (15,3 faiz) vətəndaşları arasında qeydə alınıb.
2020-ci ilin yanvar ayında Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə 21,2 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,4 faiz artaraq 80,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı isə 1,0 faiz artaraq 5,9 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64,1 faizi dəmir yolu və avtomobil, 35,0 faizi hava, 0,9 faizi isə su nəqliyyatından istifadə edib.
Milli.Az /news.milli.az

Putin: Bu, müharibənin davam etməsi deməkdir
Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü
Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib