Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Unibank KB ASC maliyyə savadlılığı layihəsi çərçivəsində məktəblilər üçün növbəti təlim keçirib.
azxeber.com xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə baş tutan tədbirdə 7–8-ci siniflərdə təhsil alan 30 şagirdi iştirak edib.
Təlimin məqsədi uşaqlara pulu idarə etmək, maliyyə ilə düzgün davranmaq və gündəlik həyatda doğru maliyyə qərarları vermək üçün ilkin bilik və vərdişlər aşılamaq olub. Şagirdlər pul, əmanət, kredit, xərclərin planlaşdırılması və qənaət haqqında məlumat alıblar. Onlar gəliri necə bölmək, ehtiyacı istəkdən ayırmaq, xərclərə nəzarət etmək və yığım vərdişi qazanmaq mövzularında praktik nümunələr üzərində işləyiblər.
Mövzuların asan mənimsənilməsi üçün təlim oyun formatında qurulub. Şagirdlər interaktiv tapşırıqlar vasitəsilə büdcə bölgüsü, qənaət və maliyyə seçimi ilə bağlı situasiyaları həll edərək öyrəndiklərini dərhal tətbiq ediblər. Uşaqlara həmçinin yığımın və əmanətin əhəmiyyəti, gələcək üçün maliyyə planlamasının faydaları izah olunub.
Təlim çərçivəsində şagirdlər "Unibank"ın filialına ekskursiya ediblər. Burada onlar bankın gündəlik işi ilə yaxından tanış olub, müxtəlif bank prosesləri haqqında məlumat alıblar.
Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
Maliyyə savadlılığının erkən yaşdan formalaşması gələcəkdə daha düzgün maliyyə qərarlarının əsasını qoyur. Unibank bu yanaşmanı əsas götürərək maarifləndirici təşəbbüslərini davam etdirir.
Unibank – Sənin bankın!



Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü
ABŞ-ın elan edilməmiş informasiya müharibəsi: USAID-in 248 məxfi sənədi nəyi üzə çıxarır?
Ağrı dağının təsviri Ermənistanın gerbindən çıxarılacaq?
Tramp Çindəki görüşdə Putinə nə dediyini ilk dəfə açıqladı
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
AZAL 2025-ci il üzrə illik hesabatını təqdim etdi
Tərtər 'Gənclər paytaxtı', Masallı isə 'İdman paytaxtı' seçilib
9 məşhur sərbəst buraxıldı - biri həbs olundu
Sülh körpüsü' təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək
Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq
Medvedevin NATO ilə müharibə açıqlaması: Politoloqdan TƏHLİL
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ
Banklar haqda mühüm yenilik elan edildi – Gələn il bizi nələr gözləyir?
Gerasimov Putinə ağır məruzə hazırlayır: Rusiya ordusu Ukraynada geri çəkilməyə məcbur qala bilər
Türkiyə nəhənglərindən "Beşiktaş"a dəstək bəyanatları