Övladlarımız sözün əsl mənasında həyat mücadiləsi verirlər' - Təşkilat sədri çağırış etdi
"Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov vətəndaşlara könüllü qanvermə ilə bağlı çağırış edib.
azxeber.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Havaların isti keçməsi səbəbindən qana ehtiyacı olan azyaşlıların qana tələbatı artdığını və hazırda ciddi qan qıtlığı problemi yarandığını deyən Fuad Əskərov bildirib:
"Mən insanlardan özümlə bağlı xahiş etmirəm və hər zaman ayaqlarım üstündə sağlam durmağı seçim etmişəm. Amma cəmiyyətimiz, insanlıq və sizlər üçün xahiş etməkdən yorulmuram. Mən sizdən xahiş edirəm. Havaların çox isti keçməsi qan xəstəliklərindən əziyyət çəkən övladlarımızın qana tələbatını artırıb. Övladlarımız sözün əsl mənasında həyat mücadiləsi verirlər. Bu mücadiləyə bizim də köməyimiz lazımdır. Qan qrupundan aslı olmayaraq Mərkəzi Qan Bankına yaxınlaşın və könüllü qan verin. Həyat xilas etməyə tələsin!".
Məlumat üçün bildirək ki, qanvermə aksiyasında iştirak etmək istəyən könüllü şəxslər "Mərkəzi Qan Bankı"nın sosial şəbəkə hesablarından aksiya günü ilə bağlı ətraflı məlumat ala bilərlər.
Ayşən
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir