Oyun oynadığına görə ərini bıçaqladı - Rusiyada kuryoz hadisə
Rusiyanın Kronştadt şəhərində sərxoş qadın kompüter oyunlarına aludə olan və ona diqqət göstərməyən həyat yoldaşını bıçaqlayıb.
KONKRET.azxəbər verir ki, bu barədə Rusiyanın "78.ru" portalı məlumat yayıb.
Bildirilir ki, spirtli içki qəbul edən qadın həyat yoldaşı ilə mübahisə etməyə başlayıb. Daha sonra qadın bıçaqla ərinə zərbə endirib. Qarın nahiyəsindən ağır xəsarət alan kişinin vəziyyətini görən qadın qorxuya düşərək dərhal hadisə yerinə təcili tibbi yardım çağırıb.
O, ilkin olaraq cinayəti gizlətməyə çalışaraq ərinə küçədə tanımadığı şəxslərin hücum etdiyini desə də, sonradan əməlini etiraf edib.
Məhkəmədə peşman olduğunu bildirən qadın hadisənin pərdəarxasından danışıb:
"Çox içmişdim. Yoldaşımın mənə diqqət ayırmaması və davamlı olaraq kompüter oyunları oynaması məni dözülməz dərəcədə əsəbiləşdirmişdi. Hər şey bir anlıq qəzəbdən oldu".
Qeyd edək ki, sözügedən hadisə sosial şəbəkələrin Rusiya seqmentində müzakirələrə səbəb olub."Qafqazinfo"

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?