Özbəkistanda yanacaqdoldurma məntəqələri bağlanıb, evlərdə qaz yoxdur - Nə baş verir?

Özbəkistanda yanacaqdoldurma məntəqələri bağlanıb, evlərdə qaz yoxdur - Nə baş verir?Özbəkistanda bütün yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılıb.
KONKRET.azxəbər verir ki, bu barədə "Kun.uz" portalı yazıb.
Energetika Nazirliyindən bildirilib ki, təbii qazın ilk növbədə əhaliyə çatdırılması istiqamətində tədbirlər davam etdirilir. Lakin qaz yoxdur, nəticədə həm sürücülər, həm də sakinlər qazsız qalıb.
Yanvarın 12-də Energetika Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, anomal soyuq hava şəraiti ilə əlaqədar bəzi iri sənaye müəssisələrinə təbii qazın verilməsinin həcmi kəskin azalıb, qazdoldurma məntəqələrinin fəaliyyəti qısa müddətə müvəqqəti dayandırılıb.
"Respublika ərazisində anomal aşağı temperaturun davam etməsi ilə əlaqədar kəmərlərdə qazın təzyiqi kəskin azalıb. Təbii qazın ilk növbədə əhaliyə, elektrik enerjisi istehsal edən müəssisələrə və sosial obyektlərə çatdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə bəzi iri sənaye müəssisələrinə təbii qazın verilməsinin həcmi kəskin azaldılıb, yanacaqdoldurma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılıb", – məlumatda deyilir.
Sakinlərin sözlərinə görə, 30 il ərzində enerji təchizatı sistemi heç vaxt özünü doğrultmayıb.
"Qışda çox soyuq, yayda isə qeyri-adi dərəcədə isti olur. Energetika Nazirliyi öz işinə ciddi yanaşmalıdır. Burada milyonlarla əhalidən söhbət gedir. İnvestisiya yoxdur, ona görə də investorlar üçün şəraiti yaxşılaşdırmaq lazımdır. Heç kim ölkənin enerji sisteminə investisiya qoymaq istəmir", – deyə Namanqan sakini bildirib.
Qeyd edək ki, dekabrın 13-də Türkmənistanın rəhbəri Sərdar Berdiməhəmmədov Özbəkistan Prezident Administrasiyasının rəhbəri Sardor Umurzakovu qəbul edib.
Məlumatına görə, səfər zamanı Özbəkistana sutkada əlavə 20 milyon kubmetr qaz (ümumilikdə 3 ayda 1,5 milyard kubmetr) tədarükü ilə bağlı razılıq əldə olunub və müqavilə imzalanıb. Energetika Nazirliyi hələlik türkmən qazının Özbəkistana axmağa başlayacağı tarixlə bağlı rəsmi açıqlama verməyib.
İqbal Rzayev,
KONKRET.az

Hadisə       Tarix: 16 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler xeber.az 2026 hava proqnozu zelzele