"Özümü böyük məşqçi saymıram" - Yürgen Klopp
"Liverpul"un baş məşqçisi Yurgen Klopp öz karyerası haqqında danışıb.
KONKRET.az xəbər verir ki, cari mövsümün sonunda komandadan ayrılacaq mütəxəssis özünü böyük məşqçi hesab etmədiyini deyib:
"Mən heç vaxt özümü böyük məşqçi saymıram. İnsanların məni belə görməsinə hələ də təəccüblənirəm. Əsas odur ki, "Liverpul" azarkeşləri bizdən razıdırlar və bu, vacib olan yeganə məqamdır. Məzar daşımda "Budur, planetin ən uğurlu məşqçilərindən biri" yazılmasını istəmirəm. İnsanlara kömək edən biri kimi xatırlanmaq istəyirəm".
Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. 56 yaşlı mütəxəssis ilin əvvəlində cari mövsümünün sonunda klubdan ayrılacağını bildirib. Komanda hazırda 71 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədir.
"Liverpul" Kloppun rəhbərliyi altında İngiltərə çempionu, ölkə kubokunun və Superkubokunun, Çempionlar Liqasının qalibi olub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi