Özünü yandıran qazi ilə bağlı icra hakimiyyətindən - AÇIQLAMA

Özünü yandıran qazi ilə bağlı icra hakimiyyətindən - AÇIQLAMANaftalan şəhər Qasımbəyli kənd sakini 1993-cü il təvəllüdlü Tağıyev İlkin Həmid oğlu parkda üzərinə benzin tökərək özünü yandırıb.
azxeber.com Naftalan şəhər İcra Hakimiyyətinin açıqlamasını təqdim edir:
"Bildiririk ki, Tağıyev İlkin Həmid oğlu bu gün şəhərin Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavininin qəbulunda olub. Qəbul zamanı qazi şəhər İcra Hakimiyyəti tərəfindən ona göstərilən diqqət və qayğını vurğulamış, daha sonra o, mənzillə və həyat yoldaşının işlə təmin olunmasını istəyib. Bununla bağlı qaziyə bildirilmişdir ki, cari il ərzində mənzillə təmin olunacaq, həmçinin yoldaşı Lamiyə Tağıyevanın iyul ayı ərzində işlə təmin olunması nəzərdə tutulub.
Qeyd edək ki, qazi Şəhər İcra Hakimiyyəti tərəfindən 10.01.2022-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Həmçinin qazinin anası Tağıyeva Pərvanə özünüməşğulluq proqramı çərçivəsində 09.08.2021-ci il tarixdə Dövlət Məşğulluq Agentliyi tərəfindən "Maldarlıq" zərfi üzrə aktivlərlə təmin edilib. 
İlkin Tağıyevə 20.09.2021-ci il tarixdən müddətsiz II dərəcəli əlillik dərəcəsi təyin edilib. Bununla bağlı İlkin Tağıyevə aylıq 400 AZN məbləğində müharibə əlili olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 960 AZN məbləğində əmək pensiyası olmaqla ümumilikdə aylıq 1360,90 AZN ödənilir.
Bundan əlavə Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 AZN) ilə təmin edilib.
2021-ci ildən hal-hazıradək "Yaşat" Fondu tərəfindən ümumilikdə 50768,22 AZN məbləğində Türkiyədə və ölkəmizdə müalicə xərcləri qarşılanmış və dərman vasitələrinin alınmasına yardım göstərilmişdir. Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən qazinin ailəsinə 2020-ci ildən bu günədək 11640 AZN məbləğində yardım edilib.
Vətəndaşın şəhər İcra Hakimiyyətinə müraciəti əsasında şəhər bələdiyyəsi ona sahibkarlıq məqsədi ilə 50 m2  torpaq sahəsinin ayrılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanına müraciət edib.
Naftalan ŞİH-nin müraciəti əsasında qazi və onun qardaşı Tağıyev Elvin Naftalanda fəaliyyət göstərən Hotel və müalicə mərkəzində işlə təmin olunub.
Qazi və onun ailəsi daim Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılmış və mütəmadi olaraq müvafiq köməkliklər göstərilib".

Sosial       Tarix: 20 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler bugun en yeni xeberler cəbhədən görüntüleri son xeber az