Pakistan-Azərbaycan qardaşlığı bir-birinə olan dərin hisslərə əsaslanır

Pakistan-Azərbaycan qardaşlığı bir-birinə olan dərin hisslərə əsaslanırPakistan yarandığı ilk gündən müsəlman dünyası, xüsusən də Türkiyə ilə çox yaxın əlaqələr qurub. İki ölkə arasında bütün sahələrdə ciddi əməkdaşlıq mövcud olub. Oxşar münasibət Azərbaycana qarşı da olub. Pakistanla bizim əlaqələrimizin qurulmasında qardaş Türkiyənin əhəmiyyətli rolu var.
SSRİ dağılandan sonra Azərbaycan 1991-ci il 18 oktyabrında dövlət müstəqilliyini elan etdi. Bundan az sonra, yəni dekabrın 12-də Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıdı. Beləliklə Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Eyni zamanda Pakistan Xocalı soyqırımını rəsmi olaraq tanıyan ilk ölkədir və Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi əməliyyatında Azərbaycanı açıq şəkildə dəstəkləyən ölkələrdən biridir. Həmçinin Pakistan Senatının Xarici əlaqələr Komitəsi Xocalı faciəsini genosid kimi tanımışdır.
Pakistanın Azərbaycana münasibətində önəmli faktlardan biri də budur ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini bildirib. Azərbaycana dəstək verərək və həmrəyliyini bildirərək bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Onu bir dövlət kimi tanımayıb.
Azərbaycan da Pakistanın üzləşdiyi sərhəd mübahisələrində və Hindistanla olan münaqişənin sülh yolu ilə həll olunmasında Pakistana öz dəstəyini əsirgəmir.                    
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü müttəfiqlik səviyyəsinə çatdırılıb. 1993-cü ilin mart ayında Pakistanın Bakıda, 1997-ci ilin avqust ayında isə Azərbaycanın İslamabadda səfirlikləri fəaliyyətə başlayıb.
1993-cü ilin aprel ayının 30-da BMT Təhlükəsizlik Şurasında  qəbul edilmiş, erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən 822 nömrəli qətnamənin qəbul olunduğu iclasa da Pakistan sədrlik edib və qətnamə Pakistan hökumətinin birbaşa təşəbbüsü və səyi nəticəsində qəbul olunub.  
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxtkı Baş naziri Benazir Brutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir və ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır.
Pakistan 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycanı siyasi yolla dəstəkləyib və hər zanman Azərbaycanın yanında olduğunu vurğulayıb. Bu da bizə müharibə vaxtı əlavə güc, stimul verib.
Azərbaycan xalqı Qələbəni qeyd edəndə insanların əllərində Azərbaycan, Türkiyə bayraqları ilə bərabər Pakistan bayrağı da var idi.
2005-ci il oktyabrın 8-də Pakistanın şimalında dəhşətli zəlzələ oldu. Vaxt itirmədən Prezident İlham Əliyevin tapşırığı ilə 20-si həkim olmaqla 40 nəfərlik xilasedici dəstə xüsusi təyyarə ilə lazım olan avadanlıqlarla birgə hadisə yerində olaraq fəaliyyətə başladı. Eyni zamanda Azərbaycan Prezidentinin tapşırığı ilə Pakistana ilkin yardım olaraq 1,5 milyon dollar vəsait köçürüldü. Sonralar da bu yardımlar davam etdirildi.  Zəlzələ zonasında ilk məktəb də Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikildi.
Pakistanla Azərbaycan arasında 2023-cü ildə ticarət dövriyyəsinin həcmi 27 milyon ABŞ dolları təşkil edib.
Hazırda Azərbaycanda 3600-dən çox Pakistan şirkəti qeydiyyata alınıb və onlar sənaye kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər.
Azərbaycana gələn pakistanlıların sayı da günbəgün artmaqdadır və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunur.
İyul ayının 11-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistan İslam Respublikasına səfər edib. Prezidentimizin Pakistan dövləti tərəfindən yüksək səviyyədə qarşılanması hər birimizi qürurlandırıb. 
Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayət edib. 
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb. İslamabadın küçələri Azərbaycan bayrağı rəngində işıqlandırılıb.
Azərbaycan Prezidenti mətbuata verdiyi müsahibədə vurğulayıb ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərə əsaslanır. Cənab İlham Əliyev  qeyd edib ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı mövqeyimiz yaxşı məlumdur. Kəşmirin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik və əlbəttə ki, BMT Təhlükəsizlik  Şurasının qətnamələrinin yerinə yetirilməsini dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq Sizin tərəfinizdədir.
Azərbaycan Prezidenti eyni zamanda ikitərəfli formatın geniş gündəliyinin hazırlandığını, sahələrdən birinin investisiya imkanları olduğunu və   Pakistanla investisiya layihələri ilə bağlı praktiki təklif görmək istədiyini deyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Komandalarımız görüşə hazırlıq üçün gərgin və fəal şəkildə çalışdılar. O, yaxşı təşkil olunub. Biz əməkdaşlığımızın bir çox sahələrini əhatə edən 15 sənəd imzalayacayıq.
Tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin zamanlarda bir-birimizin yanında olmuşuq.
Cari ilin 11 iyul tarixində İslamabadda Azərbaycan ilə Pakistan arasında bir sıra Anlaşma Memorandumu və Sazişlər imzalanıb.
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru / azxeber.com

Siyasi       Tarix: 15 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu son xeberler 2026 valyuta mezennesi banklar cəbhədən ən son xəbərlər