İlham Əliyevin müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin 26-27 may tarixlərində Bakı şəhərində keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciəti BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Müraciət BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi statusunda təşkilatın bütün üzv dövlətlərinə təqdim olunub. Bu fakt Prezident İlham Əliyevin islamofobiya ilə mübarizədə beynəlxalq çağırışlarının, tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi önəmin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha nümayiş etdirir.
Müraciətdə dövlət başçısı islamofobiyanın artmaqda olan təzahürlərinə diqqət çəkib, bu neqativ meylin beynəlxalq sülhə və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, dini dözümsüzlük, ayrı-seçkilik və nifrət çağırışları ilə mübarizə birgə beynəlxalq səylərlə mümkün ola bilər.
BMT səviyyəsində bu müraciətin sənəd kimi tanınması Azərbaycan Respublikasının multikulturalizm və dini həmrəyliyə əsaslanan siyasətinə verilən beynəlxalq dəstəyin daha bir təzahürüdür.
Qeyd edək ki, cari ilin 26-27 may tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfrans təşkil olunub.
İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunan elmi konfransın xarici tərəfdaşları sırasında G20 Dinlərarası Forumu (IF20), İƏT, ICESCO, Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzi (DICID), İnsan Qardaşlığının Ali Komitəsi, Müsəlman Ağsaqqallar Şurası, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası, EULEMA - Avropa Müsəlman Liderləri Məclisi və Beynəlxalq Müsəlman Forumu da yer alıb.
Beynəlxalq elmi konfransa 40-a qədər ölkədən 200-ə yaxın iştirakçı - alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılıb. / azxeber.com

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır