Tramp SENSASİON AÇIQLAMA: "Biz bombanı İranın əlindən aldıq"
ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində İrana endirilən zərbələrlə bağlı uzun bir paylaşım edərək, onu tənqid edən həmkarlarına cavab verib.
KONKRET.az xəbər verir ki, paylaşımda Tramp Respublikaçılar Partiyasının üzvü, konqresmen Tomas Mässini sərt şəkildə tənqid edib. Qeyd edək ki, Mässi ABŞ-ın İrana hava zərbələrini "konstitusiyaya zidd" adlandırmışdı.
"Dünən biz hərbi baxımdan heyranedici uğur qazandıq – bombanı onların əlindən aldıq (və əgər bacarsaydılar, istifadə edəcəkdilər də!). Amma adət etdiyimiz kimi, bütün təqdirlərə və təltiflərə baxmayaraq, bu "yüngül çəkili" konqresmen İranla bağlı dünən axşam əldə olunan möhtəşəm nailiyyətə qarşı çıxır", – deyə Tramp bildirib.
O, əlavə edib: "MAGA tənbəl, nümayişkaranə və səmərəsiz siyasətçilərlə bağlı deyil. Tomas Mässi də məhz belə siyasətçilərdəndir."
Tramp yazısını ABŞ ordusuna təşəkkürlə tamamlayıb:
"Dünən axşam göstərdiyiniz MÖHTƏŞƏM xidmət üçün ordumuza təşəkkür edirəm. Bu, həqiqətən də XÜSUSİ idi!!!"
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
Azərbaycan nefti bahalaşdı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır