Pakistanda fövqəladə vəziyyət elan edildi - FOTOLAR
Pakistanın Baş naziri İmran Xan çəyirtkə istilası səbəbiylə ölkədə fövqəladə vəziyyət elan edib.
Publika.az xəbər verir ki, bu barədə o nazirlər kabineti toplantısının yekunlarına dair açıqlamasında bildirib. Məlumata görə, normal çəyirtkələrdən böyük olan çöl həşəratları, ötən ilin iyun ayında İrandan Pakistana keçib. Həşəratlar pambıq, qarğıdalı, buğda və digər əkin sahələrinə ciddi zərər vurub. Hindistanla sərhəd bölgələr daha çox zərər görüb.
Hökumət vaxtında qabaqlayıcı tədbirlər görmədiyi üçün fəsadların miqyası genişlənib. Hazırda çəyirtkələrlə irimiqyaslı mübarizə aparılır. Həşəratlar 200 min hektar əraziyə yayılıb. Məlumata görə, sonuncu dəfə Pakistanda oxşar hal 30 il əvvəl müşahidə olunub.
Anar Türkeş /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi