Pakistanın nüvə proqramının "atası" VƏFAT ETDİ
Pakistanın nüvə proqramının "atası", nüvə fizikası sahəsində dünyada tanınmış alim Abdul Kadır Xan 86 yaşında koronavirusdan vəfat edib.
Publika.az Pakistan mətbuatına istinadla xəbər verir ki, Qərb xüsusi xidmət orqanlarının nümayəndələri onu dünyanın ən təhlükəli adamlarından biri adlandırıblar. O, atom bombasının yaradılması texnologiyasını qeyri-leqal olaraq Cənubi Koreyaya, İrana və Liviyaya verib. Buna görə alim 2004-cü ildə həbs edilib. Pakistanın o zamankı Prezidenti Pərviz Müşərrəf onu əfv edib. Bununla belə Abdul Kadır Xan 2009-cu ilə qədər ev dustaqlığında olub.
Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Corc Tenet Abdul Kadır Xanı Usama Ben Laden qədər təhlükəli adam hesab edib.
Pakistanın Baş naziri İmran Xan öz tviter səhifəsində yazıb: "Ölkə öz milli qəhrəmanını itirib. Xalqımız onu sevib, belə ki, Pakistan nüvə silahını yaratdığı üçün ona minnətdardır".
Pakistan Prezidenti Arif Alvi isə deyib: "Nüvə silahını yaratmaqla Abdul Kadır Xan ölkəmizi xilas edib. Pakistan xalqı onun xidmətlərini heç zaman unutmayacaq".
Kurslar.az kurslar [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm