Palançı olmağı da bacarmayan papaqsız siyasətçi

Palançı olmağı da bacarmayan papaqsız siyasətçi Palançı olmağı da bacarmayan papaqsız siyasətçi
Bu gün Ermənistanın hərbi-siyasi hakimiyyəti növbəti vəhşiliyini törətdi. Gəncə şəhəri, onun mülki əhalisi yenə də Ermənistan ərazisindən "Elbrus" (SKUD) sistemindən atılmış raket zərbəsinə məruz qaldı. Bu vəhşilik bu dəfə də gecə saatlarında törədildi. Aralarında uşaq, qadın, qoca olmaqla, 13 həmvətənimiz həyatını itirib, 40 nəfərdən çox mülki şəxs xəsarət alıb. Allah həlak olanlara rəhmət eləsin, yaralılara şəfa versin.
Bu vəhşiliyin də arxasında Paşinyan və onun hakimiyyətində təmsil olunanlar dayanır.
Beynəlxalq hüquqda bu vəhşilik müharibə və insanlığa qarşı cinayət kimi tövsif olunur. İnsanlıq kodeksində adı isə namərdlik, xainlik və nakişilikdir. Bu cür əməllərin bədəli həm qanunla, həm də həyatda çox ağır olur. Paşinyan əmin olsun ki, çox keçməz, bunun bədəlini ödəyəcək. Amma ondan fərqli olaraq, bu, döyüş meydanında baş verəcək. Azərbaycan xalqı və ordusu uşaq, qadın, qoca və əlində bizə qarşı silah tutmayan mülki əhali ilə müharibə aparmır. Fərqimiz bundadır.
Paşinyanın bu cinayətlərinə özlərini bilərəkdən və ya  bilməyərəkdən şərik edənlər də var.
Bunlar 30 ilə yaxındır ki, danışıqlarda Ermənistanın imitasiya oyununa göz yumanlar, son günlərdə eşitdiyimiz beynəlxalq hüquqa zidd bəyanat verənlər, tərəfsiz vasitəçilik missiyasını pozanlar və işğalçını bu gün də silah-sursatla təchiz edənlərdir. Onlar bilməlidirlər ki, hər kəsin əməlinə görə İlahi qüvvənin elə bu dünyada verdiyi cavabı olur. Buna bumeranq da deyirlər. Bizlərdə isə deyərlər ki, "nə əkərsən, onu da biçərsən".
30 il boyunca haqqı nahaqqa qurban verənlər, işğalçı ilə işğala məruz qalan arasında ədalətsiz bərabərlik işarəsini qoyanlar, haqsız olana açıq və ya gizli şəkildə siyasi-hərbi dəstək verənlər, gec-tez özləri də eyni haqsızlıqla üzləşməli olacaqlar.
Azərbaycan xalqının bu illər ərzində çəkdiyi mənəvi iztirabı, milli qürurla oynamağın doğurduğu acı hissləri, haqq savaşında verilən şəhidlərin ağrısını, torpaq və ərazi bütövlüyünün müqəddəsliyini yalnız o zaman başa düşərlər.
Paşinyan isə onu da bilməlidir ki, vəhşilik etdiyi şəhərin adını daşıdığı böyük Nizami Gəncəvinin məşhur bir kəlamı var: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan".
Paşinyanın törətdiyi əməllər sayəsində özü-özünü saldığı bugünkü aciz durumu sübut etdi ki, jurnalist və siyasətçi qismində  alayarımçıq olduğu kimi, onun palançılığı da alayarımçıqdır. Papaq deyilən müqəddəs anlayışın isə ona heç bir aidiyyəti yoxdur.
Əminəm ki, onun papaq daşımağa haqqı olmadığını erməni xalqı da çox tezliklə başa düşəcək. Ən əsası, Paşinyanın papaqsız birisi olduğunu, Azərbaycan Ordusu tezliklə Şuşaya və Xankəndinə müqəddəs Azərbaycan bayrağını yenidən sancanda, erməni xalqı indi olmasa da, o zaman bu həqiqəti dərk edəcək. Lakin onda gec olacaq. Ayılmaları lazımdır...
Milli Məclisin deputatı
Ülvi Quliyev /oxu.az

Siyasi       Tarix: 17 oktyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber hava haqqinda maraqlı xəbərlər xabarlar