Pandemiyadan ən çox zərər çəkən ölkələr hərəkətə keçdi - Bundan sonra...

Pandemiyadan ən çox zərər çəkən ölkələr hərəkətə keçdi - Bundan sonra...COVİD-19 pandemiyasından ağır zərbələr alan Avropa ölkələri iqtisadi və sosial həyata yönəlik ən genişmiqyaslı geridönüşə bu gün başlayır.
Publika.az xəbər verir ki, Fransa, Almaniya, Belçika, Niderland, İsveçrə, Yunanıstan, İspaniya və Danimarkada ticarət mərkəzləri, məktəblər və bəzi digər sahələrdə ikinci açılış mərhələsinə keçid elan edilib.
Ölkədən-ölkəyə dəyişən açılış prosesində kafe və restoranlar, mağazalar, kitabxanalar və küçə bazarları açılacaq.
Məqsəd iqtisadiyyatı və sosial həyatı canlandırmaqdır.
Fransada paytaxt Parisdən başqa, bütün şəhərlərdə 40 min kv/m-dən böyük ticarət mərkəzləri bu gün fəaliyyətə başlayacaq. 2 iyunda ölkədə pandemiyanın vəziyyətinə yenidən baxılacaq.
Almaniyada 11 maydan etibarən məktəbəqədər təlim-tərbiyə müəssisələri açılacaq. Üstünlük işləyən ailələrin övladlarına veriləcək. Daha sonra orta məktəbi bitirib ümumtəhsil siniflərində davam edəcək uşaqlar məktəbə gedəcək. Opera, muzey və sərgi salonlarının, kafe və restoranların da açılışı nəzərdə tutulub.
İspaniyada əhalinin 51%-i bu gündən etibarən ikinci mərhələ normallaşdırma prosesinə keçəcək. Pandemiyanın ən çox zərər vurduğu şəhər olan Madriddə qadağaların yumşaldılması isə nəzərdə tutulmayıb.
İngiltərədə küçəyə çıxma qadağası mərhələli şəkildə götürüləcək. Hazırda biri alış-veriş, digəri idman məqsədilə gündə iki dəfə küçəyə çıxma icazəsi verilən ölkədə qadağanın daha da yumşaldılması ehtoimal edilir.
Bəzi mağaza və iş yerlərinin 4 mayda açıldığı və ictimai nəqliyyatın bərpa edildiyi Belçikada bu gündən bütün mağazalar fəaliyyətini bərpa edəcək. Müştərilərə yarım saat içəridə qalmaq icazəsi veriləcək. 18 mayda isə məktəblər açılacaq.
Niderland 1 sentyabra qədər 1,5 metr məsafə və gigiyenik qaydalara riayət etmək şərtləri ilə qadağaları yumşaldacaq. Bu gündən etibarən bərbər, gözəllik salonları, sürücü kursları və reabilitasiya mərkəzləri işləyəcək. Kitabxana, ibtidai sinif, məktəbəqədər təhsil ocaqları açılacaq.
İsveçrədə digər ölkələrdəki tədbirlərlə yanaşı, ictimai nəqliyyat fəaliyyətini bərpa edəcək.
Danimarkada ticarət mərkəzləri işini davam etdirəcək.
Yunanıstanda xırdavat, ayaqqabı, mebel, kosmetika və ikinci əl əşya mağazaları açılacaq.
Zümrüd

Dünya       Tarix: 11 may 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 cəbhədən son durum axsam.az xeberler dunyada son xeberler