"Park Bulvar"da insident - Müdir işçisini döydü
"Park Bulvar" ticarət mərkəzində yerləşən restoranlardan birində işləyən şəxs müdiri tərəfindən döyülməsi barədə polisə müraciət edib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə şikayət edən 1991-ci il təvəllüdlü K.B müdirinin ona qarşı fiziki zorakılıq etdiyini bildirib.
O, qeyd edib ki, işlədiyi restoranın rəhbəri, İran vətəndaşı 1969-cu il təvəllüdlü H.Kazemi xuliqanlıq zəminində onu döyərək xəsarətlər yetirib.
İlkin araşdırmalar zamanı barəsində şikayət edilən iranlı iş adamının 1994-cü ildən Bakıda yaşaması və restoran biznesi ilə məşğul olması müəyyən edilib.
Şikayətlə bağlı araşdırmalar davam etdirilir.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat