PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilibPAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib.
Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsində Qarabağ Universitetinin Enactus komandası tərəfindən hazırlanmış CrownPod layihəsinin bir hissəsi kimi həyata keçirilib. Layihə ekoloji dayanıqlılığın təşviqi ilə yanaşı, gənclərin innovativ düşüncə tərzinin və sosial sahibkarlıq bacarıqlarının inkişafına töhfə verməyi hədəfləyir.
Ağacəkmə aksiyasında PAŞA Bank-ın əməkdaşları, RİİB-in könüllüləri və Qarabağ Universitetinin Enactus komandasının üzvləri iştirak edib. Universitet, özəl sektor və vətəndaş cəmiyyəti arasında uğurlu əməkdaşlıq nümunəsi olan bu təşəbbüs Qarabağda yaşıllıq sahələrinin genişləndirilməsinə, ekoloji mühitin bərpasına və gənclərin innovativ ideyalarının praktikada tətbiqinə xidmət edir.
Enactus proqramı universitet tələbələrini sahibkarlıq təfəkkürünü inkişaf etdirməyə, sosial və ekoloji problemlərə innovativ həllər yaratmağa təşviq edən qlobal platformadır. Proqram çərçivəsində tələbələr biznes yanaşmalarını praktik səviyyədə tətbiq etməklə cəmiyyət və ətraf mühit üçün faydalı məhsul və həllər hazırlayırlar.
Yaşıllaşdırma təşəbbüslərinin dəstəklənməsi PAŞA Bank-ın BMT-nin Qlobal Sazişinin (UN Global Compact) iştirakçısı kimi dayanıqlı inkişaf və sosial məsuliyyət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Bu kimi təşəbbüslər ölkənin yaşıl transformasiya hədəflərinə töhfə verməklə yanaşı, gələcək nəsillərə daha sağlam və dayanıqlı ekosistemin formalaşmasına xidmət edir.
Qeyd edək ki, PAŞA Bank-ın 2024-2026-cı illər üzrə Korporativ Sosial Məsuliyyət Strategiyasında iqlim dəyişikliyinin təsirlərinin azaldılması əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bank müxtəlif ağacəkmə və təbiətin bərpası təşəbbüslərini dəstəkləməklə yanaşı, yaşıl maliyyələşdirmə mexanizmlərini və həllərini davamlı olaraq genişləndirir.
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilibPAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib/ azxeber.com

İqtisadiyyat       Tarix: 18 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

"Unibank" üçüncü rübün maliyyə nəticələrini açıqladı

"Unibank" KB 2026-cı ilin üçüncü rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib. Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 33 milyon manat olub

Azercell "Gamesummit" və "Omni AI Summit"in eksklüziv tərəfdaşıdır

10 oktyabr tarixində Azercell-in eksklüziv tərəfdaşlığı ilə "Gamesummit" və "OMNI AI Summit" keçiriləcək. Tədbir oyun və süni intellekt sahələrində dünyanın aparıcı texnologiya şirkətlərini, ekspert v

Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi

Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib. xəbər verir ki, bununla bağlı Mərkəzi Bank məlumat yayıb. Bildirilib ki, yen

Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur. Hazırda bazarda ən ucuz kənd yumurtası Cəlilabaddan gətirilən yumurtadır. Onun bir ədədinin qiyməti 30 qəpikdir. Ümumilikdə isə kən

Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan- karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. -un məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və kart

Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər

Türkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası işə başlayıb. Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızısta

"Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" təlimi keçirilib - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 3 oktyabr tarixində "Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" mövzusunda peşəkar təlim keçirilib. "Kavkaz Logistics"in baş sponsorluğu, "Premium Residence"i


azerbaycan xeberleri son xeberler yeni xeberler maşın realiti şou sonxabar az cəbhədən son məlumat enson xeberler