"Paşinyan bu addımı atsa, Ermənistanı əvvəlki avantürist və şovinistlərə təhvil verəcək" - YENİ MƏQAMLAR

Ermənistan 2020-ci il 10 noyabr bəyannaməsinin şərtlərini yerinə yetirməkdən imtina edir və Paşinyan ara-sıra çaşdırıcı bəyanatlar verməklə manipulyasiya ilə məşğuldur. Həmin bəyannamənin 9-cu bəndində qeyd olunur ki, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən bağlantı bərpa edilir və maneəsiz gediş-gəliş yaradılır. Artıq həmin bəynamənin imzalanmasından 5 ilə yaxın vaxt keçsə də, Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Nikol Paşinyan isə ara-sıra kommunikasiya xətlərinin açılmasına qarşı olmadığını bildirir. Bəs görəsən, Paşinyanın bu açıqlamaları nəyə hesablanıb?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Taleh Əliyev bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnindən kommunikasiya xətlərinin çıxarılması ideyası Azərbaycana məxsusdur:
"Bu təklifin irəli sürülməsində də məqsəd, Ermənistanda Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya tərəfinin zəmanət verməsinə qarşı müqavimətin olması idi. Azərbaycanın əsas tələblərindən biri Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Bu istiqamətdə atılan addımların ardınca Paşinyan çalışır ki, prosesi daha sürətlə məntiqi sonluğuna çatdırsın. Burada söhbət həm haqqında danışdığımız ideyanın irəli sürülməsindən, həm də Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin geri çəkilməsindən gedir. Daha sonra Türkiyə- Ermənistan sərhədində yerləşən Marqara keçid məntəqəsində də, Rusiya sərhədçilərini erməni hərbçilər əvəz edib. Ona görə də, bu gün həm kilsə, həm parlament müxalifəti, eyni zamanda "5-ci kalon" şəbəkəsi Nikol Paşinyanı Azərbaycanla mümkün sülh razılaşmasından çəkindirməyə çalışır. Paşinyan da bunun fərqindədir. İndi öz istəklərinə nail olmaq üçün hakimiyyətə qarşı böhtan kampaniyası həyata keçirilir. Bu gün Paşinyanın Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmasına yönəlik atdığı addımlar müxalifəti qıcıqlandırır. Buna görə də Paşinyan kommunikasiyaların açılmasını istəyir. Amma onun da özünün şərtləri var. Paşinyan bilir ki, əgər o, kilsə və parlament müxalifəti ilə əməkdaşlıq edərsə, bu zaman özünün irəli sürdüyü "Real Ermənistan" konsepsiyasının üzərindən xətt çəkmiş olacaq. Ermənistanı əvvəlki avantürist və şovinistlərə təhvil verəcək"
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 04 mart 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu cəbhədən görüntüleri en son xeberler zelzele