Paşinyan: "Bu, Ermənistan tarixində bəlkə də ən gözlənilməz seçkilər idi
Ermənistandakı parlament seçkilərinin nəticəsi gözlənilməz olsa da, hakimiyyət göstərdi ki, seçicilərin iradəsinin necə olmasına baxmayaraq, ciddi şəkildə yerinə yetirilməlidir.
Bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.
O, 2018-ci ildə də seçkilərin qanuniliyi ilə bağlı qiymətləndirmələrin yüksək olduğunu xatırladıb.
"Həmin vaxt nəticələr aydın olduğu üçün hakimiyyətin seçkiləri saxtalaşdırmağa ehtiyacı olmadığı deyilirdi. Ancaq 2021-ci ildə tamamilə fərqli idi. Bəlkə də bu, respublika tarixində ən gözlənilməz seçkilər idi. Ancaq bu şərtlərdə də dəyərlər sistemimizə sadiq qaldıq. Seçki iradəsini sərbəst ifadə etmək bizim üçün mübahisəsiz bir dəyərdir", - Paşinyan bildirib.
Paşinyan yerli və beynəlxalq müşahidəçilərin seçkilərin demokratik meyarlara uyğun keçirildiyi barədə açıqlama verdiklərini də xatırladıb: "İnanmaq istərdim ki, bununla da Ermənistanda seçki saxtakarlığının səhifəsi bağlandı. Burada həlledici söz seçicilərindir, indi hakimiyyətin taleyin məhz onlar həll edirlər", - Paşinyan vurğulayıb.
Xatırladaq ki, Ermənistanda iyunun 20-də erkən seçkilər keçirilib. Paşinyanın "Vətəndaş razılaşması" partiyası 53,92% səs alaraq qalib gəlib. Hakimiyyətin əsas rəqibi - keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 21,04% qazanıb. (virtualaz.org) /publika.az

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər