Paşinyan bu ittihamlarla məsuliyyətə cəlb olunacaq

Paşinyan bu ittihamlarla məsuliyyətə cəlb olunacaqMünaqişə zonasını Dağlıq Qarabağdan kənara yaymaq istəyən Ermənistan bəzi dövlətlərdən silah yardımı alır və PKK/YPG üzvlərindən ibarət ordu qurub.
Publika.az xəbər verir ki, bunu Mərmərə Universiteti Kommunikasiya Fakültəsinin müəllimi Giray Saynur Derman deyib.
Professor Ermənistanın 1990-cı ilərdə başlayan işğal prosesindən bu günə qədər 20 minə yaxın azərbaycanlının şəhid olduğunu, 1,5 milyon insanın isə məcburi köçkün düşdüyünü xatırladıb: "Daim bir formada humanitar cinayət törədən Ermənistan Azərbaycan ilə atəşkəsi pozur. Nə atəşkəs, nə də diplomatiya yolunu diqqətə alan Ermənistan ordusu təxribatçı hücumlarına davam etməkdədir. Ermənistanın sistematik şəkildə mülki yaşayış məntəqələrini "Smerç" raketləri və kaset bombaları ilə atəşə tutması müharibə cinayəti çərçivəsində daxil olur. Onun məqsədi Rusiya və Qərb ölkələrinin dəstəyini alaraq Azərbaycana qarşı gücdən istifadə etməkdir. Bu hücumlarda Ermənistanın Rusiya istehsalı olan silahlardan istifadə etməsi də diqqət çəkir".
G.S.Derman qeyd edib ki, Rusiya Qərblə yaxın münasibətlərinə görə Ermənistana əsəbidir, Xəzər enerji hövzəsində pay sahibi olan və Avropa İttifaqının qaz tədarükçüsü Azərbaycanı isə qarşısında görmək istəmir: "Fransa isə Şərqi Aralıq dənizi məsələsindən dolayı münaqişə zonasını genişləndirib Türkiyəyə qarşı həmlə etdiyi üçün Azərbaycan-Türkiyə yaxınlığını da hesaba əlavə edərək Qarabağ vasitəsilə sıxışdırmaq istəyir".
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan bütün xalqı döyüşə çağırdığı, döyüşü başqa ölkənin torpaqlarında apardığı, dinc əhalini hədəf aldığı, ictimaiyyətə açıq və hərbi müəssisələri hədəf seçdiyi üçün fərdi məsuliyyət məhkəməsində ittiham oluna bilər.
Qeyd edək ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ münaqişəsində əli qana bulaşmış hər kəsin məsuliyyətə cəlb olunacağını bəyan edib.
Zümrüd

Dünya       Tarix: 29 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı beynelxalq bank mezenne siyaseti xeberler bugun son xeber.az