"Paşinyan devrilsə, Azərbaycan silah gücünə sərhədlərini bərpa edəcək" - Moskvadan ŞƏRH
"Ermənistan müxalifətinin Türkiyə ilə münasibətlərə maneəsi hazırda virtualdır".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.
O bildirib ki, revanşistlərin hakimiyyətə dönüşü sərhədlərin müəyyən edilmədiyi mübahisə obyekti olan torpaqlarda Azərbaycan bayrağının ucaldılmasına səbəb olacaq:
"Nəinki Türkiyə ilə Ermənistan arasında aviauçuşların bərpası, hətta Paşinyanın nəzərdə tutulanTürkiyə səfəri Ermənistan müxalifətinin iğtişaşları üçün ciddi əsas deyil, çünki "Qarabağ klanı" dönəmində də Sürix sövdələşmələri, "futbol dilomatiyası" baş vermişdi. Paşinyan höküməti sabiq hökümtin atdığı addımları təkrarlayır. Amma bu cəhdlər başqa geosiyasi reallıqda və məğlub dövlətin rəhbəri kimi həyata keçirilir. Düşünürəm ki, bu mövzular ətrafında virtualda Paşinyana qarşı infomrasiya kampaniyası davam edəcək.
Türkiyə ilə Ermənistanın münasibətlərinin tənzimlənməsinə gəldikdə isə mən nikbinlik bölüşmürəm. Son cəhdlər də müvəqqətidir. Yəni, sərhədlərin açılışı, diplomatk münasibətlərin qurulması, işğalın tam bitməsi ilə mümkündür. Ermənistan müstəqil dövlətdir və müstəqil olduğu dövrdə Moskvanın yaxud başqa dövlətin təkidi ilə süni şəkildə Türkiyə ilə dostluq və əməkdaşlıq haqda müqavilə imzalana bilməz. Çöldə 1921-ci ilin sentyabrı deyil ki, 3 Cənubi Qafqaz ölkəsi Moskvanın təkidi ilə Kazım Karabəkirlə müqavilə bağlasın. Hərçənd ki, sözügedən tarixi müqavilə Azərbaycandan başqa həm Sovet Ermənistanının, həm də Gürcüstanın iddialarına zidd idi.
Əslində Ermənistanda Paşinyanın devrilməsi Azərbaycan üçün münbit şərait yaradır. Hər halda Paşinyan revanşizmdən uzaq bir siyasətçidir. Revanşistlərin hakimiyyətə dönüşü sərhədlərin müəyyən edilmədiyi mübahisə obyekti olan torpaqlarda Azərbaycan bayrağının ucaldılmasına səbəb olacaq. Mən Naxçıvana qədər silah gücü ilə açılacaq eni eynən 5-7 km olan Laçın dəhlizinə bənzər dəhlizi də istisna etmirəm. Münasibətlərin güzgülü xarakter daşıması məncə ədalətlidir. Bizim suveren ərazimiz dəhliz kimi istifadə edilirsə, bu prinsipi biz niyə tətbiq etməyək. Odur ki, Paşinyanın devrilməsi və onun ardınca daşnak yığını öz təkəbbürlü hərəkətləri ilə əslində Azərbaycana xidmət etmiş olacaqlar".Milli.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var