"Paşinyan elə bir söz dedi ki, buna görə Ermənistanı da itirə bilərik" – Ayrapetyan
"Paşinyanın Rusiyaya qarşı atdığı addımları Ermənistanın itirilməsi ilə nəticələnə bilər".
KONKRET.az xəbər verir ki, bunu erməni siyasi ekspert Tatevik Ayrapetyan deyib.
"Paşinyanın bəyanatları məndə belə bir təəssürat yaradır ki, Ermənistanın baş naziri ya şüurlu, ya da şüursuz olaraq vəziyyəti gərginləşdirir. O, ya Avropa Birliyinin missiyasının mənasını anlamır, ya da ölkəmizi ziddiyyətlər platformasına çevirməyə çalışır. İstənilən halda, bu, çox təhlükəli tendensiyadır və nəticələri dağıdıcı ola bilər. Artıq təhlükəsizlik baxımından çox çətin və həssas durumdayıq", – deyə ekspert bildirib.
Ekspert Paşinyanın AB-nin mülki missiyasını "KTMT qüvvələrini müşahidə missiyası" kimi şərh etməsinə də toxunub:
"Bu, gərginlik yaratmaqdan başqa heç bir fayda verə bilməz. Ermənistan rəhbərinin niyə ölkəmiz ətrafındakı vəziyyəti daha da çətinləşdirməyə çalışdığı həqiqətən bəlli deyil. Biz ölkəmizi ziddiyyətlər meydanına çevirə biləcək addımlara dözməməliyik, bu, dövlətçiliyimizi itirmək kimi ciddi risk yaradacaq macəraya çevrilə bilər. Ümid edirəm ki, Paşinyan bu absurd fikri bir daha təkrar etməyəcək, amma təəssüf ki, bu məsələdə nikbin olmaq özünü doğrultmur". Teleqraf.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir