Paşinyan Əliyevlə görüşündən danışdı
Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən danışıb.
KONKRET.az xəbər verir ki, bu barədə o, Almaniyada yaşayan erməni diasporunun nümayəndələri ilə görüşü zamanı söz açıb.
Paşinyan deyib ki, görüş zamanı masada mühüm bir sual var idi.
"Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə olunmuş razılaşmaları təsdiqləyirlərmi? Əgər yekunlaşdırsaq, qeyd edə bilərik ki, tərəflər bu razılaşmalara sadiq qalırlar", – o qeyd edib.
Xatırladaq ki, Azərbaycan və Ermənistan liderləri Münhendə görüş keçirib.
Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi