Paşinyan erməni ordusundan imtina etdi: Bakı onları terrorçu kimi MƏHV EDƏCƏK
Nikol Paşinyan Azərbaycanın Qarabağdakı erməni hərbi birləşmələrin çıxarılması tələbinə cavabında iddia edir ki, Qarabağda Ermənistan ordusu yoxdur, silahlı dəstələr separatçıların qondarma "müdafiə ordusu"dur.
KONKRET.az xəbər verir ki, İrəvanın bu faktı israrla təkzib etməsi – 10 noyabr razılaşmasının 4-cü bəndini icra etməməsi Qarabağ planından qaynaqlanır: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, "erməni əhalisinin hüquq və təhlükəsizliyi", qondarma "Bakı-Xankəndi" formatı kimi iddialarla məsələni "hüquqi münaqişə" müstəvisinə köçürmək niyyətindədir; erməni hərbi bölmələrinin bölgədə saxlanılması da separatçıların müqavimət göstərməsinə kömək etmək məqsədi daşıyır;
Paşinyan təkzib taktikasını davam etdirsə də, "Qisas 2" əməliyyatında məhv edilən 5 erməni hərbçinin ikisinin Ermənistan ordusunun üzvü olması və meyitlərinin İrəvana göndərilməsi faktı onun iddialarının legitimliyini zəiflədir. Bakı iki erməni hərbçinin meyitini nümayişkərana formada qaytarmaqla Qarabağda erməni ordusunun qaldığı faktını beynəlxalq müstəvidə göstərdi və onlara qarşı atacağı addımları legitimləşdirdi. Bu faktdan sonra Paşinyanın "Qarabağda erməni ordusu yoxdur" iddiasını yenidən davam etdirməsi o deməkdir ki:
– Qarabağdan çıxarılmayan Ermənistan ordusunun hərbçiləri də terrorçu olaraq qəbul olunacaq;
– Mümkün əməliyyatlarda məhv edilən bu hərbçilərin meyitləri İrəvana qaytarılmayacaq: bu, Paşinyan hökumətini həmin hərbçilərin ailələri qarşısında çətin vəziyyətə sala bilər, 44 günlük müharibədən sonra Ermənistan hökumətinin öldürülən hərbçilərin yaxınları ilə problemləri hələ də davam edir;
Nikolun iddiasından əl çəkməməsi və erməni qoşunlarını çıxarmaması Azərbaycana məsələni hərbi müstəvidə həll etməkdən başqa çıxış yolu qoymur.//Publika
Kurslar.az kurslar [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi