Paşinyan "Hayastan" fondunu soyub TALAN ETDİ
"Hayastan" Ümumerməni Fondunun fəaliyyəti beynəlxalq auditin nəticələrinə əsasən dayandırıla bilər.
Publika.az "NewsAm"a istinadla xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan növbəti "Requiem 6. Money" videosunda bildirib ki, baş nazir Nikol Paşinyan Qarabağdakı müharibə zamanı fondun topladığı vəsaitin bir hissəsini israf edib. Belə ki, fonda müharibə zamanı təxminən 170 milyon ABŞ dolları toplanıb.
Keçmiş səfirin sözlərinə görə, baş nazir fondun icraçı direktoru Aykak Arşamyana yığılmış puldan dövlət büdcəsinə 52,7 milyard dram (104 milyon ABŞ dolları) köçürməsini tapşırıb. Arşamyan bu təlimatı 9 xüsusi qərar çərçivəsində yerinə yetirib. Bu qərarların heç biri fondun qəyyumlar şurasının üzvlərinə - Robert Köçəryana və Arkadi Qukasyana göndərilməyib, çünki ikincisi bu pulun büdcəyə hansı məqsədlə köçürüldüyünü soruşacaqdı.
Minasyan əlavə edib ki, doqquz qərarın yeddisinin əsli naməlum səbəbdən yox olub.
"Fondun pulları hökumətin hesablarına yatırıldıqdan sonra Ermənistan prezidenti və fondun qəyyumlar şurasının rəhbəri Armen Sarkisyan Arşamyana məktub göndərərək pulun dövlət büdcəsinə hansı məqsədlə köçürüldüyünü aydınlaşdırmağın lazım olduğunu söyləyib. Buna cavab olaraq, Arşamyan Maliyyə nazirinə məktub yazır və o, baş nazirə göndərir. Paşinyan isə məktuba cavab vermir. Mövcud vəziyyət, fond üçün bir çox, hətta bağlanmasına gətirib çıxara biləcək problem yarada bilər. Bu günlərdə fond beynəlxalq hüquq pozuntularını aşkar edə biləcək beynəlxalq auditdən keçir".
Minasyan deyir ki, ABŞ başda olmaqla bir çox ölkələrdə diaspora fəaliyyəti ilə məşğul olan və fonda pul köçürən erməni çətinliklərlə üzləşə bilər:
"Məsələ burasındadır ki, ABŞ-da fonda köçürdüyün vəsait qədər vergilərdən azad olunursan. Ancaq pulun başqa məqsədlər üçün xərcləndiyi ortaya çıxsa, ABŞ-dakı ermənilərin vergi orqanları ilə problemləri olacaq. Hazırda prezident Sarkisyan Paşinyandan pulu geri qaytarmasını tələb edib".
Kurslar.az kurslar [newsid: 0-123300]

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı