Paşinyan Konstitusiya referendumunu ANONS ETDİ
Konstitusiya referendumu bizi qeyri-dövlət adamlarından dövlət adamına çevirəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radionun "Təhlükəsiz mühit" proqramına müsahibəsində Konstitusiya ilə bağlı referenduma gediləcəyinin anonsunu verib.
KONKRET.az xəbər verir ki, Paşinyan hesab edir ki, Müstəqillik Bəyannaməsi ilə münasibətlər tənzimlənməlidir.
"Bu gün biz həqiqətən də Müstəqillik Bəyannaməsi ilə münasibətimizi nizamlamalıyıq. Bizim qeyri-dövlət xalqından dövlət xalqına çevriləcəyimiz məqam nədir, o məqam Konstitusiya referendumudur", – Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, hökumətin yeganə vasitəsi xalqla danışmaqdır.
Müsahibə tam olaraq bu gün saat 19:00-da yayımlanacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.
Yanvarın 19-da Nikol Paşinyan isə bildirmişdi ki, Ermənistana yeni Konstitusiya lazımdır.
"Bizim Ermənistan Respublikasını yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edən Konstitusiyamız olmalıdır", – Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində qondarma "miatsum" ideyası ilə Azərbaycana, "Qərbi Ermənistan" iddiası ilə isə Türkiyəyə qarşı iddia irəli sürülüb.
Ölkə Konstitusiyasında yer alan bu iddialar götürülmədiyi təqdirdə Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verərsə, yeni iqtidar Konstitusiyaya əsasən ərazi iddialarını davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərdən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürüb.
Ermənistanda yeni Konstitusiyaya dair müzakirələrin başlanması isə İrəvanın Bakının tələbini nəzərə aldığını göstərir.Modern.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR